BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Tariximizə sahib çıxaq” İctimai Birliyi Gəncə şəhərində yekun tədbirini keçirib

03:41 / 08-11-2019   /   baxış - 1459

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkə ictimayyəti tərəfindən çox əlamətdar  və təqdirəlayiq  hadisə kimi qarşılanır. Bu əlamətdar hadisə ilə bağlı respulikamızda  bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Məhz bu məqsədlə ümumtəhsil müassisələrində “Nəsimi ili” ilə bağlı müxtəlif tədbirlər ədəbii-bədii gecələr, müsabiqələr, Nəsimi yaradıcılığına həsr olunmuş müzakirələr, dəyirmi masalar təşkil edilır.https://static.xx.fbcdn.net/rsrc.php/v3/y4/r/-PAXP-deijE.gif

 

“Tariximizə sahib çıxaq” İctimai Birliyi dəAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə 2019-cu ilin sentyabr ayından etibarən “Cahana sığmayan Azərbaycan şairi vətənpərvərlik, mərdlik simvolu, şair Nəsiminin 650 yubiliyinə dair Azərbaycanın bölgələrindəki orta məktəblərdə tədbirlərin keçirilməsi” adlı layihənin icrasına başlayıb.

Sentyabr -noyabr ayları ərzində icra olunan layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi" istiqaməti üzrə qalib olmuşdur. 

Layihəyə əsasən təşkilatın nümayəndələri Azərbaycanın Şamaxı, Gəncə, Goranboy və Tərtər rayonlarında yerləşən tam orta məktəblərdə və kənd kitabxanalarında böyük şair və mütəfəkkür İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maarifləndirici tədbirlər keçirməyi planlaşdırmışdır.

Təşkilat artıq Şamaxı rayonunun Mədrəsə qəsəbəsində E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbində, Tərtər rayonunun Soyulan kənd tam orta məktəbində, Goranboy rayonunun Yenikənd kənd tam orta məktəbində (Goranboyda müəyyən səbəblərdən tədbir yarımcıq dayandırılmışdır) İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar maarifləndirici tədbirlər keçirmişdir.

Təşkilatın növbəti tədbiri 7 noyabr 2019-cu il tarixdə Gəncə şəhərində fəaliyyət göstərən N. Nərimanov adına 25 nömrəli tam orta məktəbdə oldu. Tədbirdə N. Nərimanov adına 25 nömrəli tam orta məktəbin başda məktəbin direktoru Səmadil Əliyeva olmaqla müəllim və şagird kollektivi, "Tariximizə sahib çıxaq" Tarixi Araşdırmalar və Maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov, AMEA Folklor İnstitutunun əməkdaşları -Vəfa Salehova və f.ü.f.d.Səkinə Qaybalıyeva, AMEA - nın Tarix İnstitutunun aparıcı elmi işçisi Alı Babayev iştirak edirdi.

Tədbiri, giriş sözü ilə məktəbin direktoru Səmadil Əliyeva açaraq, qonaqları salamladı. O, tədbirin əhəmiyyəti haqqında iştirakçılara məlumat verdikdən sonra təşkilatın sədri A. Şamilov çıxış edərək, layihənin məqsədi, fəaliyyətin davamlılığı haqqında iştirakçılara geniş məlumat verdi. Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları V.Salehova və S. Qaybalıyeva şagirdlərə İ. Nəsiminin yaradıcılığı, onun şeirlərində xalqa bağlılıq, mübarizə ruhu haqqında ətraflı məlumat verərək, şagirdlərlə disskusiya apardılar. Tədbirlərdə görkəmli Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı tarixi dövrdən, şairin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edilmişdir. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz, fikir mütəfəkkirlərindən biri olduğunu qeyd edən təşkilat nümayəndələri, onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu şagirdlərin nəzərinə çatdırılırmışdır. 

Sonda şagirdlərin İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında hazırladığı möhtəşəm tədbirin nümayişinə başlandı. Şagirdlər şairin qəzəllərini söyləyərək, iştirakçıları xəyali olaraq Nəsimi dünyasına apardılar. Şagirdlər bir-birindən maraqlı və dolğun səhnəciklər nümayiş etdirdilər. Məktəblilərin söylədiyi qəzəllər, şerlər iştirakçılar tərəfindən yüksək qiymətləndirilərək alqışlarla qarşılandı.  Bir daha şahid olduq ki, Nəsiminin həyat və yaradıcılığının araşdırılması, şeirlərinin sevə-sevə oxunması  onun ədəbiyyatmızın ən qüdrətli sənətkarlardan biri olduğunu subut etmişdir. Tədbirə ən gözəl rəngi isə Sami Yusifin ifası ilə səsləndirilən “Nəsimi” kompazisiyasının zaldakılar tərəfindən ayaq üstə bərabər ifa edilməsi oldu. Bu səhnə gerçəkdən də unudulmaz və möhtəşəm idi. Şagirdlərin hər biri kompazisiyanı çox şövqlə ifa edirdi ki, bu da təbii ki, zalda iştirak edən müəllim və qonaqları çox təəssirləndirdi. Biz bir daha əmin olduq ki, gələcəyimiz əmin əllərdədir.

Tədbir zamanı sual-cavabda, şeir müsabiqəsində aktiv iştirak edən şagirdlərə təşkilatın sədri tərəfindən diplom da verilmişdir.

Bundan əlavə təşkilatın sədri Araz Şamilov təşkilata xeyriyyəçi vətəndaş tərəfindən təqdim edilən məktəbli çantalarını aztəminatlı ailələrdən olan şagirdlərə hədiyyə etdi.