BÜTÖV AZƏRBAYCAN OCAQLARI
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

19:48 / 21-03-2021   /   baxış - 1429

Bütöv Azərbaycan Ocaqları (BAO) dünya Azərbaycanlılarını Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikin mətni aşağıdakı kimidir:

“Bütöv Azərbaycan Ocaqları”nın dünya Azərbaycanlılarına

bayram təbriki

 

Əziz həmvətənlər!

Novruz bayramı xalqımızın qədim milli bayramıdır. Minilliklər öncə ata-babalarımız yazın gəlişini, təbiətin oyanmasını təntənəli şəkildə bayram etmişlər. Ənənələri və mərasimləri ilə həddən artıq zəngin olan, astronomik əhəmiyyətə malik, türk və bir çox şərq xalqlarında qeyd edilən bu bayram dünyanın ən böyük bayramlarından biridir. Bu bayram milli mənəvi dəyərlərimizin mühüm ünsürü olmaqla milli birliyimizin simvoluna çevrilmişdir.

44 günlük Vətən Müharibəsi nəticəsində neçə illərdir gözümüzdə qalan arzularımız həyata keçdi. Artıq Novruz tonqallarımız 30 ilə yaxın müddətdə işğal altında qalmış, qəhrəman əsgərlərimizin canı-qanı bahasına azad edilmiş bölgələrimizdə alovlanır. Biz, Bütöv Azərbaycan Ocaqları olaraq dünyada yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibti ilə təbrik edir və inanırıq ki, Qarabağdakı qələbədən sonra milli haqlarımız uğrunda mübarizə ruhumuz daha da artacaq və milli hədəfimiz olan Azərbaycanın bütövləşməsi də yaxın gələcəkdə gerçəkləşəcəkdir.

  

Bütöv Azərbaycan Ocaqları

Bakı, 20 mart, 2021-cİ il