BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Arzu Qazıyevanın filminin təqdimatı oldu

01:29 / 26-12-2021   /   baxış - 869

2021-ci il dekabrın 25-də tele-jurnalist Arzu xanım Qazıyevanın ssenari müəllifi olduğu "Qafqazın bu üzündə" filminin təqdimatı keçirildi.

Təqdimat mərasimi "Azərkitab" kitab mərkəzində baş tutan film Güney Qafqazda cərəyan hərbi-siyasi proseslərə həsr olunmuşdur.

Arzu xanım Qazıyeva çıxış edərək dəvətini qəbul edib təqdimat mərasimində iştirak edənlərə təşəkkürünü bildirdi. Sonra filmin nümayişi oldu.

Nümayişdən sonra ssenari müəllifi Arzu Qazıyeva, filmin bəstəkarı Lalə xanım Cəfərova, rejissoru Nazim Məmmədov, Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının üzvü, yazıçı Mehriban Vəzir, jurnalist Ləman Ələşrəfqızı və b. çıxış edərək film haqqında fikirlərini çatdırdılar.

Fotolar:

 

BAO-nun Mətbuat Xidməti.

Bakı, 25.12.2021.