BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Azərbaycanla Türkmənistan arasındakı uzun illərin mübahisəsinə son qoyuldu

00:30 / 22-01-2021   /   baxış - 1445

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti

ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının 

karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi

haqqında Anlaşma Memorandumu” imzalanıb. 

 

Modern.az xəbər verir ki, Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun

Bayramovla Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar. 

 

Qeyd edək ki, Azərbaycanla Türkmənistan arasında bu yataqla bağlı uzun illər

mübahisə olub. İki ölkənin dəniz sərhədində yerləşən bu yatağı Türkmənistan “Sərdar”,

Azərbaycan isə “Kəpəz” adlandırırdı. Yatağın yerləşdiyi ərazini həm Türkmənistan,

həm də Azərbaycan özünün dəniz ərazisi hesab edirdi. Nəhayət hər iki ölkə ortaq

məxrəcə gəldi və yatağa ortaq ad verildi – “Dostluq”. 

 

Beləliklə, Memarandumun imzalanması ilə mübahisəyə də son qoyuldu.



Azərbaycan-Türkiyə-Gürcüstan beşinci biznes-forumu keçiriləcək
16:26 / 30-10-2016