BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Ağdamın işğalından 23 il ötür

18:57 / 23-07-2016   /   baxış - 119

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1094 kv.km (kilometr-i murəbbə) olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı.

Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon Amerika Birləşmiş Ştatgları (ABŞ) dolları məbləğində ziyan vurub.

BAO.AZ



Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir
15:54 / 21-02-2017
BAŞSAĞLIĞI
12:11 / 04-02-2017
Bu gün qardaş Türkiyənin Zəfər bayramıdır
15:34 / 30-08-2016
DOĞUM GÜNÜ TƏBRİKİ
00:04 / 26-07-2016