BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Mirzə Kazım bəy

22:45 / 21-12-2014   /   baxış - 30269

 

Mirzə Kazım bəy (rusca Aleksandr Kazımoviç Kazımbek) (22 шyul, 1802, Rəşt – 27 noyabr, 1870, St. Peterburq) əsl adı Məhəmməd Əli Kazımbəy olmuş azərbaycan əsilli rus şərqşünası, tarixçı, türkşünas və filoloqu. Mladorossi hərəkatının banisi Aleksandr Kazımbəyin babası. Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub

Həyatı

Atası Məhəmməd Qasım Kazımbəy Dərbəndin (o vaxtlar Azərbaycanın Quba xanlığının tərkibində olmuş, sonralar Rusiya imperiyasına birləşdirilmişdir) tanınmış ruhani şəxslərindən olmuşdur. Babası Nazir Məhəmməd xan isə Dərbənd hakiminin baş xəzinədarı olmuşdur. Məkəyyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində (İndiki İran İslam Republikasının Gilan vilayəti) yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir. Mirzə Kazım bəy məhz bu şəhərdə anadan olur. Bir qədər sonra atası Dərbəndə qazi təyin olunur və ailəsi ilə bu şəhərə köçür. Kazımbəy İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənməklə yanaşı rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır. Atası isə oğlunun ruhani olmasını və İran və Ərəbistana dini təhsil dalınca getəsini istəyir. Lakin 1820-ci ildə Məhəmməd Qasım Kazımbəy İran leyhinə cəsusluq fəaliyyətində suçlanır, bütün dini rütbələrindən məhrum edilir və xanımı ilə birgə Həştərxana sürgün edilir.

Dini göruşləri

Hələ Dərbənddə yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Kazımbəyi Xristian dinin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Və ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onun ailəsi ilə mnasibətlərinin pozulması ilə nəticələnir. Buna baxmayaraq, sonralar Kazımbəy XIX əsr Qərb fəlsəfə düşüncəsində hakim olan İslam dinin sosial inkişafa maneə olması fikirlərinə qarşı çıxaraq İslamın belə qəbul olunmasına etiraz edir.

Tarixçi

Kazımbəy bir sıra tarixi mövzularda kitabların möəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi haqqındadır. 1841-c ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqıda dəyərli eli məlumatlar verir. O həmçinin, Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-ci ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848-52-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "Müridilik və Şamil" (1859), "İslam tarixi" (1860) və başqaları.

Filoloq

Kazımbəy dilçiliyə xristianlığa dair əsərlərin şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək uçün Böyük Britaniyaya, Londona dəvət olunur. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Kazımbəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən Kazımbəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə Demidov Mükafatına layiq görüləcək "Türk-tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər türk dilləri "Tatar" və ya "Türk-tatar" adlı vahid dilin ayrı-ayrı dialektlıri kimi qəbul olunurdu. Bu əsərində Kazımbəy osmanlı, azəri və digər türk dillərinin və ya o zaman deyildiyi kimi dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisısini aparır. Əsər 1846-cl ildə ikinic dəfə nəşr olunur və Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.

1849-cu ildə Kazımbəy St. Pterburq universitetinə yenicə açılmış "Şərq dilləri" fakultəsiunə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O şərq mədəniyyətinin öyrənilmısinə maraq göstərən tələbələrin təcrübi ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cu ildə türk dilinə dair yeni, "Türk dillərinin öyrınilmısində kurs dərsliyi" və 6700 sözdən (o dövrün ən irilərindən biri) ibarət rus-türk lüğəti (sözlüyü) nəşr etdirir. Həmin il "Şərq dillərindənə törəmiş rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.

1868-ci ildə rus elmi dairlərində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihısini həyata keçirmısinə imkan vermir.

Ədəbiyyat

  • "Aleksandr Kazımbəy: Şərqdən doğan işıq"" (rus dilində), Aleksey Pilev
  • "Brokhaus və Efron ensiklopedik lüğəti" (rus dilində), St. Peterburq, Rusiya, 1890-1907.
  •  


Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir
15:54 / 21-02-2017
Bu gün qardaş Türkiyənin Zəfər bayramıdır
15:34 / 30-08-2016
DOĞUM GÜNÜ TƏBRİKİ
00:04 / 26-07-2016
Ağdamın işğalından 23 il ötür
18:57 / 23-07-2016