BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Üzeyir Hacıbəyli

00:01 / 23-12-2014   /   baxış - 30172

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli ((18.09.1885 Şuşa, Ağcabədi k.– 23.11.1948 Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), "Lenin Ordeni" və "Qırmızı Əmək Bayrağı" ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948),

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur.

O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.

Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.[1]

Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.

Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.

O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır.

Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir.

1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.

O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan türk el nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir.

1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.

Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi dövründə böyük təntənə ilə keçirilmişdir.UNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəyovun anadan olmasının 125 illik yubileyi təntənə ilə qeyd edildi. Bakıda 18-28 sentyabr ərəfəsində "Üzeyir Hacıbəyli – 125" Beynəlxalq Musiqi festivalı keçirildi.[2]

Musiqili komediyaları

1909 – "Ər və arvad". 3 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1910-cu il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.

1910 – "O olmasın, bu olsun". 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.

1913 – "Arşın mal alan". 4 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1913-cü il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.

[redaktə]İnstrumental müşayiətli xor əsərləri

1919 – "Azərbaycan". Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır.

"Milli marş". Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1930 – "Himn". Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

1934 – "Kantata". M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simfonik orkestr üçün.

"Qızıl əsgər marşı". Solist, xor və fortepiano üçün. Sözləri Məmməd Səid Ordubadinindir.

1936 – "Azərbaycan xalq mahnılarının xor üçün işləmələri". Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün ("Ay bəri bax", "Gedək gəzək bağçada", "Aman nənə", "Nə gözəldir", "Lolo", "Sən gözəl", "Ləlli").

"Süvari marşı". Xor və fortepiano üçün.

"Piyadalar marşı". Xor və fortepiano üçün.

1938 – "Kantata". Solist, xor, simfonok orkestr və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir.

"Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə". Xor və fortepiano üçün. Sözləri H. Natiqindir.

1939 – "Kantata". Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün.

1942 – "Vətən və cəbhə" kantatası. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Sözləri Üzeyir Hacıbəyovundur.

"Ey Vətən". Xor və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.

1945 – "Azərbaycan SSR Dövlət himni". Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir.

"Qələbə himni" ("Zəfər himni"). Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğunundur.

"Stalinə salam". Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.

1947 – "Kantata". Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.

[redaktə]Orkestr əsərləri

1928—1933

"Kolxoz şöllərində". Xalq çalğı alətləri orkestri üçün.

"Arazbarı". Simfonik orkestr üçün.

"Təntənəli marş". Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.

"Fantaziya №1". Xalq çalğı alətləri orkestri üçün.

"Fantaziya №2". Xalq çalğı alətləri orkestri üçün.

1941

"Cəngi". Xalq çalğı alətləri orkestri üçün.

[redaktə]Kamera-instrumental əsərləri

1925—1945

"Aşıqsayağı". Skripka, violonçel və fortepiano üçün.

"Uşaq albomu". Fortepiano üçün.

"Sonatina". Fortepiano üçün.

"Uşaq pyesləri". Fortepiano üçün.

[redaktə]Xoreoqrafik miniatürlər

1919

Azərbaycan. "Qaytağı" (Dağıstan).

[redaktə]Romans-qəzəllər

1941

"Sənsiz". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Cəfər Xəndanındır).

1943

"Sevgili canan". Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Mirvarid Dilbazinindir).

[redaktə]Mahnılar

1918

"Çırpınırdı Qara dəniz". Səs və fortepiano üçün. Sözləri Əhməd Cavadındır.

1927

"Yetim quzu". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil.

"Bir quş düşdü havadan". Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil.

1930

"Qaragöz". Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir.

1932

"Komsomolçu qız". Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir.

1933—1934

"Süvari mahnısı". Səs və fortepiano üçün. Sözləri H. Natiqindir.

"Pilotlar". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.

"Bayram günü". Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.

1941

"Çağırış". Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı "Mazut" adı ilə 30-cu illərdə yazılmışdır).

"Şəfqət bacısı". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.

1942

"Vətən ordusu". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.

"Yaxşı yol". Səs və fortepiano üçün. Sözləri Süleyman Rüstəmindir.

"Ananın oğluna nəsihəti. Səs və fortepiano üçün. Sözləri aşıq M. Bayramovundur.

"Döyüşçülər marşı". Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.

Filmoqrafiya

Arşın mal alan (film, 1917)

Arşın mal alan (film, 1945)

Doğma xalqıma (film, 1954)

Bəxtiyar (film, 1955)

O olmasın, bu olsun (film, 1956)

Arşın mal alan (film, 1965)

Üzeyir Hacıbəyov (film, 1965)

Üzeyir Hacıbəyov (film, 1976)

Üzeyir ömrü (film, 1981)

Nəğməkar torpaq (film, 1981)

Nizami (film, 1982)

Salam, Zeynəb! (film, 1982)

Üzeyir Hacıbəyov (film, 1986)

Prima (film, 1992)

Əliyevin əli (film, 2000)

Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)

80 kilometr yerin altı ilə (film, 2002)

Bəxtiyar Vahabzadə (film, 2003)

Azərbaycan naminə! (film, 2004)

Məşədi İbad-94 (film, 2005)

Unudulmuş qəhrəman (film, 2005)

Böyük ömrün anları (film, 2006)

Bakı bağları. Mərdəkan (film, 2007)

Qəmbər Hüseynli (film, 2007)

Qızlar (film, 2007)

Maestro Niyazi (film, 2007)

Mənim atam Əliövsət Sadıqov (film, 2007)

Mətbuat fədaisi (film, 2007)

Cümhuriyyətə doğru üç addım (film, 2008)

Bir ovuc torpaq (film, 2009)

 

 



Bu gün Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir
15:54 / 21-02-2017
Bu gün qardaş Türkiyənin Zəfər bayramıdır
15:34 / 30-08-2016
DOĞUM GÜNÜ TƏBRİKİ
00:04 / 26-07-2016
Ağdamın işğalından 23 il ötür
18:57 / 23-07-2016