Məhəmməd Hadi (1879-1920)
Ümid səhneyi-tamaşayi-həyatın ruhudur
Mən bir günəşəm, yerdə əyandır ləməatım,
Şeirimdə parıldar duruyor çöhreyi-zatım,
Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,
Kim olduğumu bildirəcək, bil ki, məmatım.
Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,
Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.
Mən solmalıyam, ta ki, açılsın da baharım,
Mən sönməliyəm, şəşəələnsin də nəharım.
Mən ölmədən əvvəl vətənim oldu məzarım,
Ərbabi-zəka düşmənidir indi diyarım.
Söndükcə zəka əhli-vətən ağlayacaqdır,
Göz incisi - yaşlar o zaman parlayacaqdır.
Ən son diləyim: məqbərim olsun vətənimdə,
Təndir vətənim, olmalı canım da tənimdə.
Ruhum ki mənim qalmayacaq bu bədənimdə,
Quş şəklinə girsin, qanad açsın çəmənimdə,
Əndamımı ağuşi-ədəm saxlayacaqdır,
Fərdayi-məmatımda adım parlayacaqdır.
Bəxtim kimi olsun kəfənim, yəni, siyəhnak,
Heykəl diləməm, heykəli-qəbrimdir o əflak,
Millət işıq olsun, məni udsun bu siyəh xak,
Ancaq dilərəm, qövmim ola sahibi-idrak.
İdrakı olanlar məni sonra qanacaqdır,
Bir qövmü dirildən də cahanda qanacaqdır.
Mən ölmədən əvvəl vətənimdir mənə məqbər,
Çünki, vətənimdir! Buna olmam ki mükəddər!
Yurdum da anamdır, bütün övladı bəradər,
Mən istəyirəm, olmalıdır həpsi münəvvər.
Qaldıqca qara əhl ziyanı qovacaqdır,
Bir gün gələcək, səhvini də anlayacaqdır.
Ulduzlar əməl, leyli-həyatımda dirəxşan,
Dilbər kimidir xəndeyi-məcrur ilə xəndan,
Gəh-gəh açılır, gəh oluyor pərdədə pünhan,
Bir işvə verir, can alıyor, sonra gürizan.
Ol afəti-can, bir gün olur, ram olacaqdır,
Dil bülbülü həmbəzmi-güləndam olacaqd