BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bəxtiyar Vahabzadə: Vətən marşı (şeir)

13:44 / 21-03-2020   /   baxış - 10972

Bəxtiyar Vahabzadə (1925-2009)

               

                       Vətən marşı

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var,

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik,

Biz Vətən naminə ölsək, dirilərdən diriyik.

Mənim öz ulduzumu bağrına basmış hilalım,

Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.

Sən bu gül bayrağm altında məramınca yaşa,

Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.

Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,

Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın kəsəri,

Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.

Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,

Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,

Tapınar haqqa və insanlığa haqqdan doğulan.

Bəşərin dərdini öz dərdi bilib millətimiz,

Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.

Gecələr yatmadan əvvəl sor özündən ki, bu gün

Mən nə etdim məni yurddaş edən öz yurdum üçün.