BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının yaranması və fəaliyyəti

16:41 / 19-12-2014   /   baxış - 5448

Bütöv Azərbaycan Ocaqları (BAO) 2011-ci ilin noyabrında əsasən "Rəsulzadə-Elçibəy Ocağı"nın bazasında ictimai birlik kimi yaradılmışdır. “Rəsulzadə-Elçibəy Ocağı” 2000-ci ilin axırlarında millətçi Azərbaycan gəncləri tərəfindən yaradılmış və milli ideyaların, o cümlədən Azərbaycanın bütövlüyü ideyasının təbliği ilə məşqul olan dərnək xarakterli təşkilat olmuşdur. BAO-ya həmçinin 1990-2000-ci illərdə fəaliyyət göstərmiş millətçi gənclər təşkilatlarının (AXCP Gənclər Komitəsi, Bütöv Azərbaycan Birliyinin Gənclər təşkilatı-BAGT, “Savalan” məktəbi,  “Turan” Gənclər Təşkilatı və s.) fəalları və milli düşüncəli ziyalılar qoşulmuşdur.

Təşkilatınun ilkin təşəbbüs qrupu 2011-ci il, noyabrın sonlarında Zahir Əlisoy (qrupun rəhbəri), Aydın Mədətoğlu, Faiq Quliyev, Elnur Həsənli, Şirvani Ədilli və Rüfət Sahiboğlu tərəfindən yaradılmış və “Böyük Azərbaycan Ocaqları” adı müəyyən edilmişdir. Sonradan qrupa Natiq Ulubəy, Hakim Sadiqli, Rizvan Hüseyn, Araz Şamil və b. fəalların qoşulması ilə sıraları genişlənmişdir.

2012-ci ilin yanvarında təşkilatın ilkin nizamnamə layihəsi hazırlanmışdır. Nizamnamədə Azərbaycan türklərinin öz tarixi torpaqlarında milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulması təşkilatın məqsədi kimi qəbul olunmuş və təşkilatın bu yolda əsas maneə olan fars şovinizminə qarşı mübarizə apardığı qeyd olunmuşdur.

BAO-nun ilk rəsmi tədbiri 2012-ci il, yanvarın 28-də Beynəlxalq Mətbuat Mərkəzində “Amerika-İran münasibətlərində Güney Azərbaycanın vəziyyəti” mövzuzunda keçirilən dəyitrmi masa olmuşdur. BAO  mütəmadi olaraq ictimai-siyasi və mədəni tədbirlərlər keçirir, öz fəaliyyəti ilə bağlı bəyanat və müracitlərlərlə çıxış edir (məlumat üçün bax, saytın "Tədbirlər", "Xəbərlər" və "BAO-nun sənədləri" bölmələrinə).

Təşəbbüs qrupunun 05.06.2012. tarixli töplantısında təşkilatın "Bütöv Azərbaycan Ocaqları" adlandırılması qəbul edilmişdir.

2015-ci ilin may ayında BAO-nun Türkiyə təmsilçiliyi yaradılmışdır.