BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)

16:36 / 21-05-2016   /   baxış - 335

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə

“22 may hadisələrindən 10 il sonra” mövzusunda

keçirilmiş geniş dəyirmi masanın 

 

BƏYANATI

 

10 il öncə – 2006-cı ilin may ayıının 12-də İranın dövlət qəzeti olan “İran” qəzetində Azərbaycan türklərinə qarşı təhqiramiz karikatura və yazının getməsinə etiraz olaraq həmin ayın 22-də Təbriz, Urmiya, Ərdəbil, Tehran, Qəzvim, Qoşaçay, Mərənd, Maku, Xoy, Zəncan və b. şəhərlərdə Azərbaycan türkləri şovinist fars rejiminə qarşı kütləvi etirazlara qalxmışdır. Etiraz aksiyalarında İran rejimindən Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunması, o cümlədən Azərbaycan türkcəsinə rəsmi dil statusunun verilməsi tələb olunmuşdur. Bu etirazları yatırtmaq üçün hakimiyyət ilk olaraq dövlətin güc strukturlarını küçələrə yeritsə də, onlar Təbriz əhalisinə atəş açmaqdan imtina etmişlər. Bunu görən fars şovinist rejimi Livandan gətirilmiş “Asala” terror təşkilatının üzvlərini, əfqan və çinlilərdən ibarət cəza dəstələrini aksiyanın dağıdılmasına cəlb etmişdir. Nəticədə aksiya zorakılıqla yatırılmış, yüzlərlə etirazçı həbs olunmuş, onlarla insan qətlə yetirilmiş, tələblərin heç biri yerinə yetirilməmişdir.

Həmin hadisələrdən 10 il keçməsinə baxmayaraq İran rejimi Azərbaycan türklərinə və digər qeyri-fars xalqlarına qarşı apardığı farslaşdırma siyasətini bu gün də davam etdirməkdədir. Sayı 35 milyon olan Güney Azərbaycan türkləri öz ana dilində təhsil almaq hüququndan məhrumdur, hətta şifahi nitqdə belə türk dilindən istifadə sıxışdırılır, öz milli-mədəni haqlarını tələb edən insanlar sərt repressiyalara məruz qalırlar. Bütün bunlar isə beynəlxalq hüquq normalarının və insan haqlarının kobud şəkildə pozulmasıdır.

Bir neçə gün öncə də milli fəallardan Süheyla xanım Kargər həbs olunmuş, Abbas Lisani və onunla yanaşı bir neçə siyasi məhbus rejimin şovinist siyasətinə etiraz olaraq aclıq aksiyasına başlamışlar.

Biz, bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları İran rejimi tərəfindən Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının kobud şəkildə pozulmasına və milli-mədəni fəallara qarşı aparılan sərt repressiyalara biganə qalmamağa, mümkün sivil vasitələrlə bu şovinist rejimə təzyiq göstərməyə, Azərbaycan türklərinin haqq işinə dəstək verməyə çağırırıq.

Bakı, 21.05.2016.



24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
19:53 / 15-03-2016
Həmrəylik gününüz və yeni iliniz mübarək!
20:24 / 30-12-2015
Bütöv Azərbaycan Ocaqları (BAO) M.Ə.Rəsulzadəyə qarşı aparılan antitəbliğat kampaniyası ilə bağlı bəyanat yayıb
20:21 / 01-12-2015