BÜTÖV AZƏRBAYCAN OCAQLARI
31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətiylə Azərbaycan xalqına Müraciət (30/03/2015)

23:24 / 30-03-2015   /   baxış - 447

31 mart – Azərbaycanlıların soyqırımı günü münasibətiylə Bütöv Azərbaycan Ocaqlarının (BAO) Azərbaycan xalqına

MÜRACİƏTİ

 

Əzizi həmvətənlərimiz!

1998-ci ildən 31 mart Azərbayacn Respublikasında dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  Həmin günədən başlayaraq aprelin 3-nə qədər minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlılara qarşı aparılan bu soyqırım siyasəti XX əsrdə həyata keçirilən ilk soyqırım deyildi. 1905-ci ildə həyata keçirilən qırğınlar da soyqırım idi. Soyqırım siyasəti bütün Azərbaycan ərazilərini əhatə edirdi.

XX əsrin əvvəllərindən başlayaraq bütün Azərbaycan ərazilərində həyata keçirilən bu soyqırım siyasəti o zamanın iri gücləri tərəfindən dəstəklənirdi. Ermənilər sadəcə olaraq bir vasitə kimi seçilmişdi. Bu soyqırım siyasəti Türk dünyasına yönələn bir soyqırım siyasəti idi.

XIX əsrin sonlarından başlayaraq Osmanlı ərazilərində tətbiq olunan bu siyasət tezliklə Azərbaycanı da əhatə etdi. Bir zamanlar Türk dünyasını parçalamaq, sıradan çıxarmaq üçün onlara qarşı qeyri-türklərdən istifadə etməyə çalışdılar. Bəhrə vermədi. Onda  təriqət düşmənçiliyini ortaya atdılar. Bu da istənilən nəticəni vermədi. XVIII əsrdən başlayaraq etnik münasibətlər üzərində işləməyə başladılar. Bunu həyata keçirmək üçün ən münasibi ermənilər idi. Dünyanın iri gücləri türk-müsəlman dünyasında xristian dövlətləri yaratmaq vədi ilə erməniləri sılahlandırıb Osmanlı, Qacar Türk imperiyaları və bu imperiyadan Rusiyanın qoparıb aldığı indiki Azərbaycan ərazilərində türk-müsəlmanların üzərinə yönəltdilər. Dünyanın iri gücləri – Rusiya, ABŞ, İngiltərə, Fransa, Almaniya o zaman bununla da bütün Türk dünyasını xəritədən silməyi qarşılarına məqsəd qoymuşdular. Bu o zaman idi ki, istər Osmanlı, istərsə də Qacar Türk imperiyaları özlərinin ağır dönəmlərini yaşayırdılar.  Erməni daşnak dəstələri Şərqi Anadoluda, Cənubu Azərbaycan və Şimali Azərbaycan ərazilərində görünməmiş vəhşiliklər törətdilər.

Əziz həmvətənlərimiz!

Hesab edirik ki, soyqırım məsələsində vahidlik mövqeyindən çıxış etməliyik. Diqqətlə nəzərdən keçirilsə, həmin illərdə ermənilər Bütöv Azərbaycan ərazilərində planlı şəkildə sıyqırım həyata keçiriblər. İranda bu sahə ilə araşdırmalar aparan Əhməd Kəsrəvi yazır ki, erməni-daşnak Ağa Petrosun başçılığı ilə keçirilən qanlı ixtişaşlar zamanı Salmasda bircə abad kənd belə qalmadı. Çarəsiz qalan xalq öldürülür, imkanı olanlar qaçıb gedirdi. O gün olmurdu ki, Urmiyada adam qətlə yetirilməsin. Ə.Kəsrəvi daha sonra yazır ki, Osmanlı ordusu gələn zaman ermənilər Urmiyadan qaçarkən yollarda, kəndlərdə olmazın vəhşiliklər törətdilər. Bu dəhşətli hadiasələrdə ermənilər və aysorlar 10 min nəfərdən çox azərbaycanlı öldürdülər.  Baş verən soyqırım zamanı kürd və yəhudi əhalisi də ermənilər tərəfindən qətlə yetirilirdilər. Ümumilikdə Btöv Azərbaycan ərazilərində 150 minə yaxın türk-müsəlmanı qətlə yetirdilər.

Əziz həmvətənlərimiz!

Biz Bütöv Azərbaycan Ocaqları olaraq bu cür qanlı hadisələri təkcə ittiham etmirik, eyni zamanda hesab edirik ki, tarixdən nəticə çıxarmalıyıq.  Biz nə zaman ki, böyük oluruq o zaman kimsə bizə yaxın gələ bilmir və bizimlə hesablaşır. Bunu tarix sübut edir. Bunu bir çarəsi var: Azərbaycanın bütövləşməsi! Biz bu bütövlük uğrunda mübarizəmizi sürətləndirməliyik. Azərbaycanın ərazi bütövlüyü onun bütüövlüyündən, Təbrizdən keçir. Təsəvvür edin ki, bu bütövlüyün təminatı bizlərə nəyi vəd edir. Onda erməni daşnaklarının bizim maraqlardan kənar çıxış etməsi mümkün deyildir. Qarabağamızın qaytarılması da Bütöv Azərbaycandan keçir. Əminik ki, bu tarix yaxınlaşır. Dünyada yeni qaydalar işə düşüb. Dünyanın iri gücləri beynəlxalq qaydaları pozurlar. Biz bu günə hazır olmalıyıq. Azərbaycanın güneyi və quzeyində buna hazırlıq sürətlənməlidir. Bizim birləşməyimiz tarixin bir anında mütləq baş verəcəkdir. Bu həm də Uca Tanrının iradəsidir. O gün yaxındadır. Xalqımiza bu yolda əzmkarlıq arzulayıriq!

 

Bütöv Azərbaycan Ocaqları

30.03.2015.

 



BAO Rusiyaya qarşı bəyanat yayıb (10/05/2017)
16:09 / 10-05-2017
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
19:53 / 15-03-2016