BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) İran ordusunun və “Hizbullah” qruplaşmasının tərkibində Suriyada döyüşən Güney Azərbaycan türklərinə müraciət edib

20:10 / 26-11-2015   /   baxış - 591

Bütöv Azərbaycan Ocaqları (BAO) İran ordusunun və “Hizbullah” qruplaşmasının tərkibində Suriyada döyüşən Güney Azərbaycan türklərinə müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:

Bütöv Azərbaycan Ocaqlarının (BAO),  İran ordusunun və “Hizbullah” qruplaşmasının tərkibində Suriyada döyüşən Güney Azərbaycan türklərinə

MÜRACİƏTİ:

Təəssüflə qeyd edirik ki, bu gün Suriyada qətliama məruz qalan, öz yurdlarını, evlərini qoruyan türkmanlara qarşı vuruşan qüvvələr arasında İran İslam Respublikasının nəzarətində olan hərbi birliklər də var. İranın hərbi qüvvələri tərəfindən çoxlu sayda bu ölkənin vətəndaşı olan Azərbaycan türkləri də əməliyyatlara səfərbər olunub. Həmçinin, könüllü fədailər adı ilə “Hizbullah” hərbi qruplaşmasının tərkibində də güneyli soydaşlarımızın olması haqda bilgilər gəlməkdədir.

Əziz Güneyli soydaşlarımız!

Bu gün Suriya türkmanlarına qarşı törədilən genosid artıq özünün kuliminasiya nöqtəsinə çatmışdır. Suriyada vuruşduğunuz türkmanlar sizinlə eyni kökdən olan türklərdir. Onlar da sizin danışdığınız dildə danışırlar, damarlarınızda eyni qan axır. Onlar da Böyük Türk dünyasının tərkib hissəsidirlər. Türkmanları Suriya ərazilərində məhv etməyi qarşısına məqsəd qoymuş iri güclərin hədəfləri artıq bəllidir. Bizi narahat edən sizlərin - bizim qanı bir, canı bir qardaşlarımızın bu soyqırımda alət edilməsidir.

Əziz qardaşlar!

Bütöv Azərbaycan Ocaqları olaraq sizləri imperialist qüvvələrin Türk dünyasına, o cümlədən, türkmanlara qarşı törətdikləri tarixi cinayətdə alət olmamağa çağırırıq. Sizə, öz millətinizə - türkman qardaşlarınıza qarşı verilən döyüş əmrlərindən imtina edin və Suriya türkmanlarının haqlı mübarizəsinin yanında yer alın. Bu, sizlər üçün həm Türk, həm də müsəlman olaraq ən doğru seçimdir.

Tanrı Türk millətini qorusun!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 26.11.2015.

 

 

Bütöv (Birleşik)  Azerbaycan Ocakları (BAO) İran ordusunun ve “Hizbullah” askeri birliklerinin bünyesinde Suriya'da Türkmenlere  karşı savaşan,  Güney Azerbaycan Türklerine bildiri yayınlamıştır. Bildirinin metni aşağıdaki gibidir:

 

 

Bütöv (Birleşik)  Azerbaycan Ocaklarının (BAO) İran ordusunun ve “Hizbullah” askeri birliklerinin bünyesinde Suriya'da Türkmenlere  karşı savaşan,  Güney Azerbaycan Türklerine

BİLDİRİSİ:

 

Aziz Güneyli soydaşlarımız!

Bu gün Suriya Türkmenlerine karşı yapılan soykırım azami boyutuna ulaşmıştır. Suriyada  savaştığınız Türkmenler Sizinle aynı soydan olan Türklerdir. Onlar da Sizin konuştuğunuz ana dilinde konuşuyor, damarlarınızda aynı kanı akıyor. Onlar da Büyük Türk dünyasının bir parçası. Onları Suriyada yok etmeği hedefleyen büyük güçlerin amaçları bellidir. Bizi asıl rahatsız eden, üzen  Sizlerin - bizim kanı bir, canı bir kardeşlerimizin bu soykırıma aracı edilmesi.        

Aziz kardeşler !

Bütöv (Birleşik)  Azerbaycan Ocakları (BAO) olarak Sizleri imperyalist küuvvetlerin Türk dünyasına karşı, Türkmenlere karşı  bu tarihi cinayetinde aracı olmamaya davet ediyoruz. Sizler, öz milletinize, Türkmen kardeşlerinize karşı verilen vur emrine uymayın. Suriye Türkmenlerinin haklı mücadelesinin, davasının yanında yer alın Bu, Sizler için hem Türk, hem de müslüman olarak en düzgün seçimdir.

Tanrı Türk milletini korusun!

Bütöv (Birleşik)  Azerbaycan Ocakları

Bakü, 26.11.2015



BAO başqanı İstanbul Yerli Ocağının sədri Babək Türkoğluna təşəkkür elan edib
00:45 / 16-07-2017
BAO Rusiyaya qarşı bəyanat yayıb (10/05/2017)
16:09 / 10-05-2017
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016