BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu

22:00 / 04-12-2016   /   baxış - 338

Artıq 40-cı gündür ki, həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Murtəza Muradpur Bütöv Azərbaycan Ocaqlarının (BAO) Mərkəzi Şurasının (MŞ) qəraı ilə BAO-nun fəxri üzvü elan edilib. Eyni zamanda milli fəala aclığı dayandırmaq üçün BAO tərəfindən bir daha müraciət olunub.

Müraciətin mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Murtəza Muradpura

 

MÜRACİƏTİ

 

Əziz, fədakar soydaşımız!

Artıq 40-cı gündür ki, şovinist fars rejiminin repressiv siyasətinə qarşı irəli sürdüyünüz tələblərlə həbsxanada aclıq aksiyasını davam etdirirsiniz. Biz milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız bu cür iradəli, qətiyyətli və fədakar mübarizənizi bir daha yüksək qiymətləndirərək sizi Bütöv Azərbaycan Ocaqlarının fəxri üzvü elan etmişik. Hesab edirik ki, sizin bu qətiyyətli, fədakar mübarizəniz milli hərəkat tariximizin şanlı səhifələrindən birinə çevrilmişdir.

Biz BAO olaraq fiziki durumunuzun həddən artıq ağırlaşmasını və Sizin kimi fədakar hərəkatçıların hələ gələcək mübarizədə millətimizə çox lazım olacağını, həmçinin aclıq aksiyanızın artıq ictimaiyyətdə kifayət qədər əks-səda doğurduğunu nəzərə alaraq bir daha sizdən aclıq aksiyasını dayandırmaği xahiş edirik.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 04.12.2016

Bao.az

 



24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
19:53 / 15-03-2016
Həmrəylik gününüz və yeni iliniz mübarək!
20:24 / 30-12-2015
Bütöv Azərbaycan Ocaqları (BAO) M.Ə.Rəsulzadəyə qarşı aparılan antitəbliğat kampaniyası ilə bağlı bəyanat yayıb
20:21 / 01-12-2015