BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BMT-nuin BaşKatibinə, YUNESKO-nun Baş Direktoruna və Türkiyə Prezidentinə BAO-nun müraciəti (16/12/2017)

22:07 / 17-12-2017   /   baxış - 220

İstanbulda "21 Azər" hərəkatı ilə bağlı keçirilən tədbirdə BMT-nuin BaşKatibinə, YUNESKO-nun Baş Direktoruna və Türkiyə Prezidentinə BAO adından müraciət oxunub. Müraciətin mətni aşağıdakı kimidir: 

 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə

YUNESKO-nun Baş Direktoruna

Türkiyə Prezidentinə

 

​İstanbul şəhəri ​​​​                  16 dekabr 2017

Dəyərli Cənablar!

1828-ci ildə baş verən Rus İmperiyası və Qacar dövləti arasındakı müharibə zamanı Azərbaycan əraziləri parçalanaraq, tarixin amansız sınağına çəkildi. O zamandan başlayaraq tarixi ərazilərini itirə-itirə gedən Azərbaycan vahid ərazidə birləşmək amalı uğrunda mücadilənin meydanına çevrildi. 1945-ci ildə Azərbaycanın Güneyində baş verən 21 Azər hərəkatı da bunun tərkib hissəsiydi. Amma bu hərəkat Fars şovinizmi tərəfindən qan dəryasında boğuldu. 

Beləliklə, 1924-cü ildə güclü havadarların dəstəyi ilə iqtidarı ələ keçirmiş Fars şovinizmi artıq yüz ilə yaxındır ki, çağdaş İranda yaşayan qeyri-Fars xalqlara, özəlliklə də Azərbaycanın Güneyindəki türklərə qarşı zorakı assimilyasiya siyasəti tətbiq etməkdədir. İstər diktator Pəhləvi rejimi dövründə, istərsə də indiki klerikal İran İslam Cümhuriyyəti dönəmində yürüdülən bu zorakı assimilyasiya siyasətinin ən böyük qurbanı bu gün sayı 35 milyona çatan Azərbaycanın Güneyindəki türklərdir.

​İran İslam Cümhuriyyəti insan haqları anlayışını sözdə qəbul etsə də, əməldə onu saymamaqda, eynilə Pəhləvi rejimi kimi, Azərbaycanın Güneyindəki türklərin ən sadə insan və toplum haqlarını tapdalamaqdadır. Belə ki, 1924-ci ildən indiyədək Azərbaycanın Güney türklərinin etno-milli adı dəyişdirilmiş, öz uşaqlarına öz dillərində ad qoymaları hər vasitə ilə əngəllənmiş, etnik kökənləri danılmış, dilləri yasaqlanaraq nəinki orta və ali məktəblərə, hətta ibtidai məktəbə belə yaxın buraxılmamış, çap və kütləvi informasiya vasitələrindən uzaq tutulmuş, musiqisi hər vasitə ilə sıxışdırılmış, tarixi saxtalaşdırılmış, ədəbiyyatı kiçimsənmiş, milli varlığı istehza hədəfinə çevrilmiş, bir sözlə, Azərbaycan türklərinə qarşı açıq-aydın soyqırım siyasəti yürüdülmüşdür. Hələ də davam edən bu soyqırım siyasətinin zirvə nöqtəsi 1946-cı ildə ana dili dərslikləri başda olmaqla Azərbaycan türkcəsindəki kitabların, əlyazmaların, qəzet və dərgilərin toplanıb yandırıldığı, ana dilində dərs deyən öyrətmənlərin öldürüldüyü, öz ana dilində yenicə oxumağa başlayan neçə-neçə şagirdin qətlə yetirildiyi 26 Azər/17 Dekabr günü oldu. Bununla da 26 Azər/17 Dekabr günü Azərbaycan türklərinə qarşı yürüdülən çoxillik soyqırım siyasətinin simvoluna çevrildi.

​Bu gün biz Azərbaycan türkləri olaraq parçalanmış xalqlar sırasına daxilik. Bu gün Azərbaycanın Güneyi xüsusi ilə ağır durumdadır. Orada yaşayan Azərbaycan türkləri adi insanı münasibətlərdən belə məhrum olunmuşdur.

Azərbaycanın Güneyində insan haqları uğrunda baş verən 21 Azər hərəkatından artıq yetmiş iki il keçir və çox təəssüflər ki, demokratik bəşəriyyət Fars şovinizminin Azərbaycan türklərinə qarşı törətdiyi bu insanlıqdan kənar vəhşiliyi hələ də məhkum etməmiş, ona siyasi-hüquqi qiymət verməmişdir. Bütöv Azərbaycan Ocaqları (BAO) hesab edir ki, Fars şovinizminin yürütdüyü və yürütməkdə olduğu bu soyqırım siyasəti, onun simvoluna çevrilmiş 26 Azər/17 Dekabr günü təkcə Azərbaycan Türklərinə qarşı yox, həm də bəşəriyyətə, çoxmədəniyyətli dünya sivilizasiyasına qarşı olan bir cinayətdir. Bütöv Azərbaycan Ocaqları (BAO) Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edərək, İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının müdafiəsinə çağırır və Azərbaycan türklərinin rəsmi olaraq parçalanmış millətlər sırasına daxil edilməsini xahiş edir.

 

​Sayğılarımızla: Bütöv Azərbaycan Ocaqları – BAO

 



BAO Xamneyiyə “dəstək aksiyası” ilə əlaqədar bəyanat yayıb
23:52 / 15-01-2018
BAO-nun İstanbul təmsilçiliyinin "Sabah" qəzetinə etiraz bəyanatı (23/10/201)
23:50 / 24-10-2017
BAO tarix dərsliyində uydurma "Böyük Ermənistan" xəritəsinin verilməsinə etiraz olaraq bəyanat yayıb (14.10.2017)
00:24 / 15-10-2017
BAO İstanbul Yerli Ocağında yeni təyinatlar olub
00:54 / 10-10-2017
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə qətnamə qəbul edilib (23/09/2017)
21:57 / 23-09-2017
BAO başqanı İstanbul Yerli Ocağının sədri Babək Türkoğluna təşəkkür elan edib
00:45 / 16-07-2017
BAO Rusiyaya qarşı bəyanat yayıb (10/05/2017)
16:09 / 10-05-2017
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016