BÜTÖV AZƏRBAYCAN OCAQLARI
AMEA – nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova İKİNCİ AÇIQ MƏKTUB

12:10 / 30-06-2015   /   baxış - 942

Bütöv Azərbaycan Ocaqları (BAO) AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova   ikinci açıq məktubu ünvanlayıb. Məktubun mətni aşağıdakı kimidir:

 

AMEA – nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova İKİNCİ AÇIQ MƏKTUB

Hörmətli Yaqub müəllim!

Heç kəsə sirr deyil ki, sovet dövründə yazılan və rus imperializminin strateji məqsədlərinə xidmət edən tarix kitablarında rus-sovet imperiyası tərəfindən işğal edilmiş ölkələrin, o cümlədən Azərbaycanın tarixi məqsədyönlü şəkildə təhriflərə məruz qalır, ölkəmizin  ərazisində mövcud olmuş dövlətlərin siyasi-iqtisadi və mədəni əhəmiyyəti qəsdən kiçildilir, ərazisi barədə isə təhrifedilmiş məlumatlar verilirdi. Eyni hal Manna dövlətinə münasibətdə də baş vermişdir. Bu ölkənin guya yalnız Güney Azərbaycanda Urmu gölü ətrafında kiçik bir ərazini əhatə etdiyi, rus işğalı altında olan Quzey Azərbaycana isə heç bir aidiyyatının olmadığı fikri təlqin edilirdi.

Hörmətli Yaqub müəllim!

Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir. İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğunu, mənbələrdə adı “Manna” (Manaş, Mana, Man, Muna) kimi çəkilməyə başlayan bu ölkənin ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını, saklar və iskitlər ölkəsi kimi tanınan, sonrakı mənbələrdə adı “Sakasena” kimi çəkilən Saqartanın (Zikertunun) da bu dövlətin bir əyaləti olduğunu göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V. V. Struve, İ. M. Dyakonov, K. V. Trever, İ. Q. Əliyev, V . F. Minorski, A. P. Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər. Məsələn, İ. Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır. İ. Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir. M. İsmayıl da eyni fikirdə olmuşdur. Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan və Qərbi Azərbaycan (Ermənistan) ərazisi də daxil idi.

Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen - bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə Aşşur və Urartu mənbələrində paytaxtı Parta (Bərdə) olan Saqarta (Zikertu) toponimilə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir.

Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir, lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən  getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir,  utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir. Və məsələ təkcə bu faktla bitmir. İş birasındadır ki, sonrakı əsr mənbələrində Bərdə və ətrafı Uti, yəni utilər ölkəsi kimi qeyd edilmişdir.

Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir. Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar . Fəqət bu vilayətin guya Xəzərin cənub – qərbində yerləşdiyi bildirilmişdir.

Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Partav şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, amma bunu mannalıların guya qafqazdilli olduqlarını "sübut" etmək üçün etmişdir. Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşmişdir, fəqət bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlumat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdədirlər. Fəqət sovet dövründə onların milli kimlikləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir. Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", digəri isə andilərin adı ilə "Andiyskoe Koysu"  adlanmaqdadır.

Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qarşı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu. Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.

Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur. Q. Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır. Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür. O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da adını çəkmişdir. Maraqldır ki, “durdzuk” etnotoponiminə Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində də “druz” formasında ras gəlinməkdədir. Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində həmin şerdə işlnmiş “druz” (çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbaycan ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da  öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta (Zikertu, Sakasena) da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mannanın ən qüdrətli çağlarında o dövrlərdə Biştu (Pəştu) adlanan indiki Əfqanıstana və Parsua adlana Fars əyalətinə də sahib olduğu məlum olur. Lakin bu, çox da uzun sürməmişdir. Çünki sözügedən dövlət tez-tez Urartu və Aşşur (Assuriya) kimi qüdrətli qonşularının təcavüzünə məruz qalırdı ki, bu da ölkə daxilindəki əyalətlərdə mərkəzi hökumətə qarşı üsyanların baş verməsini və separatizmi stimullaşdırırdı. Eyni zamanda, Mannanın bütövlükdə Aşşurdan asılı vəziyyətə düşdüyü və ya torpaqlarının çox hissəsinin Urartu tərəfindən işğal edildiyi dövrlər də olmuşdur.

Mənbələrdə bundan başqa Mannanın digər ərazilərinin – Zamua, Mazamua (Balakən rayonu və Dağıstanın ona bitişik əraziləri, Mazımçay hövzəsi), Gilzan (Giləzi? Tovuzdakı Girzan?), Simkur (Şəmkir) və s. vilayətlərinin də adı çəkilir.

Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz)  sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur.  Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

“Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü.  Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı  yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu...V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:

“Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari  (810 - 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

Gördüyümüz kimi, bu halda söhbət heç də Mannann Urmiya sahillərindki kiçik əyalətlərindən yox, Aralıq dənizinə yaxın yerlərdə yerləşən və Mannadan asılı olan ölkələrdən gedir.

Bu vilayətlər keçmişdə Manna dövlətinin tərkibində və kutilərin (mannalıların) hakimiyyəti altında olsalar da, əslində  ayrı-ayrı ölkələr idi və onlar uğrunda Manna (Mahan), Aşşur və Urartu dövlətləri arasında mübarizə gedirdi və onlar gah bu, gah da o biri tərəfin əlinə keçirdi. Manna özünün ən güclü çağlarında onların üzərində hakimiyyətini bərqərar edə bilmişdi. Bu ölkələr bəzən müstəqil və yarımmüstəqil də olmuş, bəzən isə Aşşur və ya Urartu tərəfindən işğal edilərək, onların tərkibində yaşamaq məcburiyyətində olmuşlar. Fəqət bu gunə qədər siyasi məqsədli qondarma rus – sovet konsepsiyalarına əsaslanmaqda davam edən Azərbaycan tarixşünaslığı Mannanı Urmiya hövzəsində var olan kiçik bir dövlət, bu əyalətləri də həmin kiçik ərazidə səpələnmiş kiçik əyalətlər kimi təqdim edir. Halbuki, onların bəzisi Aralıq dənizi (Aşşur mənbələrində günbatan dəniz)  sahillərində yerləşirdi. Bu üzdən də çıxarılan nəticələr də səhv olur.  Məsələn, “Azərbaycan tarixi” kitablarında, eləcə də Solmaz Qaşqayın “Manna tarixi” kitabında belə bir fikir təkrar olunur:

“Assurlar (aşşurlar) Uraş qalasını ələ keçirərək dağıtdılar, Gizilbunda hökmdarı Pirişati döyüşdə 6 min döyüşçü itirdi, özü isə 200 döyüşçü ilə əsir düşdü.  Qaynağın məlumatna görə, assurlar (aşşurlar) Uraş şəhərinin küçələrini qırmızı  yun kimi döyüşçülərin qanına boyanmışdı. Əsirlər tutuldu, əhalinin əmlakı talan olundu...V Şamsi – Adadın dediyinə görə, o, Günbatan dənizə (Xəzər) kimi əhali arasında vahimə yaratdı.”

Sözügedən kitabların hamısında cüzi dəyişikliklərlə yer alan bu sitatda hər yerdə “Günbatan dəniz” ifadəsinin ardınca mötərizədə “Xəzər” ifadəsi yazılmışdır ki, bu həmin kitabların müəlliflərinin həmin sitatı ağına – bozuna baxmadan hansısa rus müəllifindən və bir –birindən köçürdüklərini sübut edir. Şübhəsiz ki, bu fakt delitantizmin və savadsızlığın klassik nümunəsi hesab edilə bilər. Çünki bu halda müəlliflərin Aşşur dövlətinin ya coğrafi mövqeyini, ya da ümumiyyətlə coğrafiyanı bilmədiklərini göstərir. Məsələ burasındadırki, Akkad dövlətinin varisi və birbaşa davamı olan Aşşur dövlətinin mərkəzi indiki Suriya (Suriya adı Assuriya, yəni Aşşur adından törəmişdir) və qismən də İraq ərazisi idi. Paytaxtı Ninəviyə (indiki Mosul) İraq ərazisində yerləşirdi. Suriya və İraqdan günbatan tərəfdə, yəni qərbdə Xəzər yox, Aralıq dənizi yerləşir. Xəzər isə Aşşurdan gündoğanda, yəni şərqdə idi.

Həmin kitablarda eyni səhv başqa yerdə də təkrarlanır:

“Bu zaman, yəni (e.ə) lX əsrin sonlarında Gizilbunda hökmdar tərəfindən idarə olunurdu və Mannadan hələ tam asılı deyildi. E.ə lX əsrin sonunda assur (Aşşur) hökmdarı lll Adadnirari  (810 - 783 – cü illər) öyünür ki, Günbatan (Xəzər) dənizə kimi yerləşən ərazini işğal etmişdir.”

Hörmətli Yaqub müəllim!

Azərbaycan tarixşünaslığında qəbul edilmiş yanlış konsepsiyaya görə, Manna dövləti e.ə l minillikdə, Cənubi Azərbaycan ərazisində formalaşmışdır. Halbuki, Manna dövləti mənbələrin birində Şumer, Elam və Hett dövlətləri ilə birlikdə yad edilməkdədir. Söhbət Bibliyadakı, daha dəqiq desək Əhdi – Ətiqdəki məlumatdan gedir. Məlumat üçün bildirək ki, e.ə l minillikdə nə Şumer, nə də Hett dövlətləri artıq yox idi. Hett dövlətinin e.ə ll minillikdə mövcud olduğunu nəzərə alsaq, Bibliyada e.ə ll minillikdə baş vermiş hadisədən söz açıldığını tam əminliklə söyləmək olar.

Hörmətli Yaqub müəllim!

Mənbələr Mannanın əsas əhalisinin kutilər olduğunu qeyd edir. Bu xalqın adına isə e.ə III minillikdən, yəni Kür-Araz mədəniyyəti dövründən etibarən rast gəlinir və onların bir müddət Şumer və Akkada, eləcə də Elama hakim olduqları bildirilir. Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövründən başlayaraq, kutilərin hakimiyyəti altında olmuş ərazilərdə, eləcə də sonrakı dövrlərdə Mannanın əhatə etdiyi geniş cöğrafi ərazinin hər yerində - Aralıq dənizi sahillərindən (Suriyadan) Dağıstan, Çeçenistan və İnquşetiyaya qədər, o cümlədən həm Quzey, həm də Güney Azərbaycan ərazisində vahid arxeoloji mədəniyyət mövcud olub. Bu hal Dəmir dövründə də davam edib.

Hörmətli Yaqub müəllim!

Gördüyümüz kimi, Faktlar tamam başqa şey deyir. Hesab edirik ki, əsası sovet dövründə qoyulan və təəssüf ki, bu gün də davam etməkdə olan, müstəqil dövlətimizin strateji maraqlarına qətiyyən cavab verməyən bu kimi yanlış konsepsiyalardan qurtulmağın vaxtı artıq çoxdan çatmışdır. Ümidvarıq ki, fikrimizlə razılaşacaq, səlahiyyətinizdən istifadə edərək, lazımi ölçülər götürəcəksiniz.

Hörmətlə;

Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası,

Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu

30.06.2015



BAO başqanı İstanbul Yerli Ocağının sədri Babək Türkoğluna təşəkkür elan edib
00:45 / 16-07-2017
BAO Rusiyaya qarşı bəyanat yayıb (10/05/2017)
16:09 / 10-05-2017
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016