BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı

22:32 / 13-04-2016   /   baxış - 374

Bütöv Azərbaycan Ocaqları (BAO)  professor, Türkiyənin Giresun Universitetinin rektoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attara məktub ünvanlayıb. Məktubun mətni aşağıdakı kimidir:

Türkiyənin Giresun Universitetinin rektoru, professor xanım Aygün Attara Bütöv Azərbaycan Ocaqları (BAO) tərəfindən

MƏKTUB

Hörmətli Aygün Attar!

Aprel ayının ilk günlərində Qarabağda yaşanan gərginliyin atəşkəsdən sonrakı dövrdə baş verən ən genişmiqyaslı toqquşma olması, düşmən qüvvələrinin darmadağın edilməsi Azərbaycanın quzeyindən güneyinə, doğusundan batısına xalqımızın hər fərdi tərəfindən böyük coşqunluqla qarşılandı. Bu birliyimizdən doğan böyük ruh yüksəkliyi düşmənlərimizdə yetərincə təşviş yaratdı.

Böyük güclərin narahatlığı onların maşalarının iş başına keçməsinə səbəb oldu. Ölkəmizə qarşı provakasiyalar, əleyhimizə yalan təbliğat, şər-böhtan kampaniyasina başlandı. Təbiidir ki, bu duruma dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız səssiz qalmadı.

Haqq davamızda ölkəmizi müdafiə edənlərdən biri də Siz oldunuz. İllərdir ki, Azərbaycan və Türkiyəni təhdid edən separatçı PKK terror təşkilatının fəal müdafiəçilərindən Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşın Azərbaycan və Türkiyə əleyhinə davranışları hər birimizdə qəzəb hissi doğurdu. Onun Azərbaycan türklərinə qarşı düşmənçiliyini gizlətmədən Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələri, Sizi onun barəsində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmənizə səbəb oldu.

Sizin bu cəsarətinizi alqışlayır, haqq davamızda göstərdiyiniz mücadilədə hər zaman Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq yanınızda olduğumuzu bildiririk. Əminik ki, Səlahəddin Dəmirtaş mənfur niyyətlərini həyata keçirmədən öz layiqli cəzasına çatdırılacaq. Sizə uğurlar arzulayırıq!

Haqq davamız qutlu olsun!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 13.04.2016



24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
19:53 / 15-03-2016
Həmrəylik gününüz və yeni iliniz mübarək!
20:24 / 30-12-2015
Bütöv Azərbaycan Ocaqları (BAO) M.Ə.Rəsulzadəyə qarşı aparılan antitəbliğat kampaniyası ilə bağlı bəyanat yayıb
20:21 / 01-12-2015