BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının Bəyanatı - 12.05.2020

01:00 / 15-05-2020   /   baxış - 1654
 
Bütöv Azərbaycan Ocaqlarının 
Bəyanatı
 
Millətin ağır günündə onun ziyalıları ortaya çıxıb millətin, dövlətin yanında olmaqla, ciddi bir qüvvə kimi özünü göstərməlidir. Təəssüf ki, 100 ilə yaxındır biz bu istəkdən məhrumuq.
 
Düzdü, ziyalıların müəyyən hissəsi bu tələbata cavab verir. Amma böyük əksəriyyəti gözləmə mövqeyi tutur, qorxudan səslərini çıxarmır. Son otuz ildə bunun əyani şahidi olmuşuq. Fəxri ad almaq, deputat olmaq uğrunda az qala kimlərinsə qapısında günlərlə yatan, ona-buna yalvaran Azərbaycan ziyalısının böyük əksəriyyəti Vətənin taleyüklü məsələlərində susur və dinməz dayanır. Amma Gürcüstanda, Ermənistanda belə deyildir. Orada bütün proseslərin önündə ziyalı və din xadimləri gedir. Bizim din xadimləri isə bu məsələdə yuxarıdan hansısa siqnal gözləyirlər.
 
May ayının 2-də biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq “İranın Qarabağdakı erməni işğalççılarına dəstəyi” mövzusunda onlayn konfrans keçirdik. Həmin konfransda İranın bu məslə ilə bağlı etdiyi əməllər faktlarla ortaya qoyuldu. Erməni işğalçılarına yardım aparan maşınların şəkilləri, video görüntüləri əks etdirildi. Bunun ardınca da İranın Bakıdakı səfirliyi bəyanat yayaraq bildirdi ki, bu məsələni Azərbaycan tərəfi ilə razılaşdırmışıq. Əslində, bizi və Azərbaycan dövlət rəhbərliyini fakt qarşısında qoydu.
 
Bu gün ayın 12-dir. Bu məsələyə hələ də rəsmi münasibət bildirilməyibdir. Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etdik ki, buna münasibət bildirin, əks halda bu beynəlxalq hüquqda dövləti cinayət sayılır. Bunun müqabilində həmin dövrdə deputat olan, bu sənədin ratifikasiyasına səs verənlərdən bir-ikisi televiziya kanallarına çıxaraq həmin su bəndinin xeyrindən danışmağa başladılar.
 
Biz bundan qabaq yazdığımız bəyanatda bildirdik ki, su bəndindən danışmırıq, İranın Azərbaycanın işğal olunan əraziləri ilə rabitə yaratmaq üçün tikdirdiyi körpüləri nəzərdə tuturuq. Hesab edirik ki, bu körpülərin tikintisinə mütləq Ermənistan razılıq vermişdir.
 
Digər tərəfdən, son günlər əldə etdiyimiz informasiyalara görə burada Rusiya barmağı da özünü göstərir. İstəyimizin biri də burada Rusiya faktorunun təsdiqidir. Ola bilsin ki, bu məsələdə Rusiyanın təzyiqi olmuşdur. Nə qədər dəqiqdir, onu deyə bilmərik. Amma Rusiya və İran üçün alternativ nəqliyyat marşrutu məhz Azərbaycanın işğal olunan ərazilərindən keçməklə Ermənistana yönələ bilər. Belə olan halda, biz hamımız bu məsələdə Rusiya və İranın üzərinə getməklə, bağlanan bu saxta müqavilənin ləğvi üçün çalışa bilərik.
 
Biz rəsmi cavab gözlədiyimiz halda, indi də televiziya kanallarında yeni “politoloq”lar peyda olmuşdur. Onlar Rusiyanı tərifləyərək, bizim müttəfiqimiz adlandırır və adətləri üzrə Ermənistanı ittiham edirlər.
 
Onlara üzümüzü tutaraq bildiririk ki, bizi biabır etməyin. Biz ermənilərə heç zaman uduzmarıq. Biz Qarabağ savaşında Rusiya-Ermənistan birliyi ilə döyüşmüşük. Bunu Rusiyanın müstəqil siyasətçilərinin hamısı vurğulayır. Bunu V. Jirinovski dəfələrlə bəyan edibdir. Onu da unutmayın ki, Rusiya-Ermənistan ittifaqında İran da aktiv iştirak edir.
 
Azərbaycanın Güneyində milli-azadlıq hərəkatı gücləndikcə, İran Ermənistana daha çox meyllənir. İran Azərbaycnın müstqəilliyini həzm edə bilmir. Dildə bir söz deyir, əməldə ayrı işlər görür.
 
Biz, bu məsələlərdə atacağımız addımları düşünəndə, güman etdik ki, indiyə qədər öz qorxaqlığını göstərən Azərbaycanın böyük əksəriyyət ziyalısı Vətənin, Millətin, Dövlətin taleyüklü problemlərində bizə dəstək verər. Təəssüf ki, baş vermədi...
 
Hətta bəzən yazılarında az qala bütün dünyanın türk edən və millətçiyəm deyən ziyalılardan da səs çıxmadı. Azərbaycan ziyalısının böyük əksəriyyəti mayın 2-dən bu yana yenə da lal və dinməzdir. Hətta bəziləri bizə məsləhət görür ki, nəyinizə lazımdır bu məsələ, işinizlə məşğul olun. Bizə ən çox təsir edən də budur.
 
Cənab ziyalılar, Qarabağ ərazilərində ermənilər tərəfindən məskunlaşma həyata keçirilir. Erməni dığası Paşinyan iki gündən bir həyat yoldaşı ilə Qarabağa səfər edir. Kəlbəcərdə böyük su elektrik stansiyası tikilir. Qarabağ əraziləri asfaltlaşdırılır, Qarabağdan Ermənistana neçə asfalt yolu çəkilibdir. Ermənilər Kəlbəcərdə yeni tikilən binaları orada olan hərbiçilərə verdilər. Füzulidə, Cəbrayılda istehsal sahələri yaradıblar. Kəlbəcər isti suyunu dünya ölkələrinə satırlar. Orada olan qızıl mədənlərini istismar edirlər. Ermənilər yeni tikilən körpülərlə İranla da quru əlaqəsini yaradıblar.
 
Cənab ziyalılar, siz də bizə məsləhət görürsünüz ki, nə işinizə, başınıza oyun açalar. Elə belə düşündük ki, Böyük dövlətimiz parçalandı, xanlıqlara bölündü, bir xanlıq o birinə hücum edib, yerlə yeksan oldu. Başqa bir xanlıq Rusiyaya üz tutdu... Elə belə düşündük ki, Azərbaycan Xalq Cümhuruyyətini yaşada bilmədik. Cənab ziyalılar, belə düşündük ki, SSRİ dönəmində saxta tarixlər yazdıq, M. Ə. Rəsulzadəyə və silahdaşlarına xain dedik. Bizi qanına qəltan edən XI Qırmızı Orduya, ana-bacılarımıza təcavüz edən Ş. Şaumyan və silahdaşlarına abidələr qoyduq.
 
Cənab ziyalılar, bunun müqabilində Hüseyn Cavidlərin, Mikayıl Müşfiqlərin üzünə durduq. Əvəzində fəxri adlar aldıq... Xalq şairi olduq, əməkdar jurnalist olduq, Sosialist Əməyi Qəhrəmanı olduq.
 
Cənab ziyalılar, biriniz də Bakıda və Azərbaycanın digər şəhərlərində erməni-rus dəstələrinin etdiyi soyqırımdan söhbət açmadınız. Əksinə, V. İ. Lenini, S. Şaumyanı alovlu inqilabçı kimi bizə təqdim etdiniz. Cənab ziyalılar, 1988-91-ci illərdə də siz Moskvanın yanında yer aldınız, “Azadlıq” meydanında haqqını tələb edənlərə pozucu, əyyaş, dırnaqarası vətənpərvər damğalarını vurdunuz. İndi də eyni vəziyyətdir. Biz, Millət, Dövlət, Vətən eşqi çırpınaraq baş verən bu yanlış addıma görə açıqlama istəyirik, amma bəziləriniz bizi dırnaqarası vətənpərvər adlandırırsınız!!! Yazıqlar olsun. Bir millətin ziyalısı belə mövqe tutanda, o millət yüksələ bilməz. Sizdən fərqli olaraq, bizim təşkilat ətrafında canını Millət, Dövlət, Vətən üçün hər an qurban verməyə hazır olan ziyalılar toplaşıbdır. Onlar nə əməkdar müəllimdirlər, nə fəxri adları vardır, nə də ki, bahalı maşınları və villaları vardır. Onların bir var-dövləti vardır: Bu da Müstəqil Vətənizmizdir! Bu yolda biz bütün çətinliklərə hazırıq. Bu yolda biz ölümdən qorxmuruq. Çünki Millətin, Dövlətin, Vətənin bütövlüyü uğrunda mübarizə aparırıq.
 
Biz, Bütöv Azərbaycanın qurulacağına inanırıq. Biz əminik ki, zaman buna doğru işləyir. Rusiya-İran-Ermənistan birliyi iflasa uğarayacaqdır. Çünki onların gələcəyi yoxdur!!! Biz qələbəmizə inanırıq. Bu qələbə olanda Sizlər o zaman harada olacaqsınız. Yəqin ki, bunu da düşünmüşünüz. Bir şeyi unutmayın: Nə qədər əsər yazsanız da, Ən böyük Əsər Bütöv Vətən əsəridir. Millət o ziyalıya hörmət edir ki, Bütöv Vətən əsərinin yaradıcılarından olsun. Bunu unutmayın!
 
Bütöv Azərbaycan Ocaqları.
Bakı, 12 may 2020-ci il.


“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatında qəbul olunmuş sənədlər (22.04.20230)
21:31 / 12-05-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) İranın hərbi təxribatına qarşı bəyanat yayıb (12.03.2023)
13:03 / 14-03-2023
II Bütöv Azərbaycan Forumunda (17.12.2022) qəbul edilmiş sənədlər
22:55 / 05-01-2023
Bütöv Azərbaycan Ocaqları (BAO) həbs edilən Qaşqay milli fəalları ilə bağlı bəyanat yayıb (17.11.2022).
11:35 / 18-11-2022
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb
16:59 / 01-11-2022
Həmrəylik gününüz və yeni iliniz mübarək!
23:09 / 31-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) nümayiş etdirilən türk dünyası xəritəsi ilə bağlı bəyanat yayıb (26.11.2021)
21:47 / 12-12-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) 8 Noyabr – Zəfər Günü münasibətiylə bütün türk dünyasını təbrik edib (08.11.2021)
21:37 / 08-11-2021
Bütöv Azərbaycan Ocaqları (BAO) Ərdəbildə həbs olunan milli fəallarla bağlı bəyanat yayıb (15.10.2021)
23:06 / 15-10-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) İranın Əhvaz bölgəsindəki kütləvi etirazlarla bağlı bəyanatı (22.07.2021)
12:48 / 01-08-2021
Bütöv Azərbaycan Ocaqları Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezidentə və Müdafiə Nazirinə müraciət edib (15.02.2021)
11:33 / 16-02-2021
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Şəhid valideynlərinin tələbi ilə bağlı bəyanatı (28.01.2021)
23:44 / 29-01-2021
“20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə doğru” mövzusunda onlayn video-konfransın bəyanatı (19/01/2021)
21:49 / 20-01-2021
Dilavər Əzimlinin səhhəti ilə əlaqədar prezidentə müraciət edilib
23:05 / 06-01-2021
BAO “Azərbaycan tarixi” fənninin tədrisi ilə bağlı təhsil nazirinə müraciət edib
11:29 / 29-08-2020
Tarix, dil və ədəbiyyat mövzusunda keçirilmiş onlayn konfrans iştirakçılarının bəyanatı - 15.08.2020
23:05 / 16-08-2020