BÜTÖV AZƏRBAYCAN OCAQLARI
AMEA – nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova AÇIQ MƏKTUB

13:16 / 23-06-2015   /   baxış - 1028

Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası və Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu AMEA – nın A, Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudova  Açıq Məktubla müraciət edib. Məktubda deyilir:

AMEA – nın A. Bakıxanov adına Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova

AÇIQ MƏKTUB

Hörmətli Yaqub müəllim!

Məlumunuz olduğu kimi, 1958-ci ildə Qazax rayonunun Sarıtəpə adlı ərazisində 2 sütun altlığı aşkarlanmışdır. Hazırda Tarix Muzeyində qorunan və e.ə. V-IV əsrlərə aid edilən bu maddi mədəniyyət nümunələri həmin dövrdə ölkəmizin ərazisində  zəngin şəhər mədəniyyəti ilə yanaşı yüksək memarlıq üslubunda və gözəl zövqlə inşa edilmiş saray komplekslərinin olduğundan xəbər  verməkdədir. Sarayın olması isə müstəqil dövlətçiliyin mövcudluğuna işarədir.  Bunun tariximiz, xüsusən də dövlətçilik tariximiz baxımından nə qədər böyük önəm daşıdığını, bizcə, Sizin kimi böyük alimə izah etməyə ehtiyac yoxdur.

Çox təəssüflər olsun ki, başçılıq etdiyiniz İnstitutun nəzdində fəaliyyət göstərərən Tarix Muzeyində sərgilənən bu dəyərsiz eksponatların guya Əhəmənilərə aid olduğu barədə sovet dövründə məlum səbəblərdən uydurulmuş yalan bu gün də qüvvədədir və sözügedən sütun altlıqları muzeyi ziyarət edənlərə Əhəməni, yəni fars abidəsi kimi təqdim olunur, halbuki, Sizə də, bizə də yaxşı məlumdur ki, Quzey Azərbaycanın nə zamansa fars-Əhəməni imperiyasının tərkibinə daxil olduğunu sübut edəcək bircə dənə də yazılı mənbə və artefakt yoxdur. Yeganə məlum olan tarixi fakt budur ki, farslar Əhəməni hökmdarı Kirin dövründə bu əraziləri işğal etməyə cəhd göstərmiş, fəqət Tomirisin başçılıq etdiyi türk-masaget ordusu onları böyük itkilər verərək qaçmağa məcbur etmiş, Kirin özü isə məhv edilərək başı kəsilmişdir.

Sovet dövründə irəli sürülən konsepsiyalardan biri də o idi ki, guya Atropatenanın ərazisi yalnız Güney Azərbaycanı əhatə etmiş və Quzey Azərbaycan ərazisi  bu dövlətin tərkibinə daxil olmamışdır. Halbuki, Polibinin yazdığına görə, Atropatenanın şimal sərhəddi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, cənub sərhəddləri isə Qirkan dənizinə (Xəzər dənizinin cənub – şərq hissəsi) qədər uzanırmış: “...Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar  üzərində hökm edirdi... Qərar qəbul edildikdən sonra  ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Gürcüstandakı Rioni çayı)yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz)üzərində yüksələn, digər hissəsi isə Qirkan dənizinə  qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı

Bu fakt birmənalı şəkildə sübut edir ki, Atropatenanın sərhəddləri Quzey Azərbaycanı da əhatə etmişdir. Eyni zamanda həm Azərbaycan Respublikası ərazisindən, həm də Gürcüstandan, o cümlədən Abxaziyadan çox sayda Atropatenaya aid qədim sikkənin tapılması da eyni şeydən xəbər verməkdədir. Bu isə o deməkdir ki, hansısa sarayın qalıqları olan sözügedən sütun altlıqlarını Əhəmənilərə deyil, Atropatenaya aid etmək daha doğru olar. Üstəlik də sütun altlıqlarının məhz Qazax rayonu ərazisindən tapıldığını unutmamaq lazımdır. Çünki Strabon Atropatenanın paytaxtından söz açarkən, açıq şəkildə yazmışdır ki, Atropatena şahlarının “yay paytaxtı düzənlikdə yerləşən Qazaka şəhəri” idi.

Maraqlıdır ki, Strabon Atroppatenanın qış paytaxtınının Vara şəhəri olduğunu söyləyir. Bu adın Gürcüstan ərazisində axan və Tiflis yaxınlığında Kür çayına tökülən Vera çayının adları ilə səsləşməsi də, fikrimizcə, təsadüfi deyildir.

Çox təəssüflər olsun ki, bu məsələyə indiyə qədər qeyri-ciddi yanaşmamız səbəbindən ermənilər Strabonun Albaniyanın sərhədləri haqqında söylədiklərindən çıxış edərək, yəni Kür çayının Qafqaz Albaniyasının  cənub və şərq sərhədlərini əhatə etdiyi barədə söylədiklərini əldə əsas tutaraq həmin dövrdə Kürdən qərbdəki ərazilərin guya Ermənistana aid olması barədə uydurmalara rəvac verməkdə və bir çoxlarını bu cəfəngiyyata inandıra bilməkdədirlər.

Hörmətli Yaqub müəllim!

Ümidvarıq ki, yuxarıda söylənilənlərdən çıxış edərək, eyni zamanda nüfuz və səlahiyyətinizdən istifadə edərək, Tarix Muzeyində sərgilənən, təkcə tariximizin obyektiv və düzgün öyrənilməsi baxımından deyil, milli mənafelərimiz acısından böyük strateji önəm daşıyan həmin sütun altlıqlarının altındakı yazıların dəyişdirilməsinə göstəriş verəcəksiniz.

Əhəmənilərin onlara heç bir dəxli yoxdur və onlar bilavasitə Atropatena ilə bağlıdırlar.

Hörmətlə;

Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası,

Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu 

23.06.2015

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



BAO başqanı İstanbul Yerli Ocağının sədri Babək Türkoğluna təşəkkür elan edib
00:45 / 16-07-2017
BAO Rusiyaya qarşı bəyanat yayıb (10/05/2017)
16:09 / 10-05-2017
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!
22:09 / 24-04-2017
BAO Güney Azərbaycanlı milli-mədəni fəal, təşkilatın fəxri üzvü Murtaza Muradpurun yenidən saxlanılması ilə əlaqədar bəyanat verib (06/03/2017)
23:56 / 06-03-2017
BAO-da yeni təyinatlar (28/02/2017)
02:36 / 02-03-2017
BAO Mərkəzi Şurası bəyanat yayıb
21:46 / 22-02-2017
BAO-da yeni təyinat olub
23:27 / 23-01-2017
BAO başqanının Kanada və İstanbulda nümayəndələri təyin edilib
21:59 / 04-01-2017
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!
11:32 / 31-12-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) bəyanat yayıb (13/12/2016)
23:20 / 13-12-2016
Milli fəal Murtəza Muradpur BAO-nun fəxri üzvü elan edildi və ona 40 günlük aclığı dayandırmaq üçün müraciət olundu
22:00 / 04-12-2016
Bütöv Azərbaycan Ocaqları ( BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib
23:02 / 12-11-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəal Rəsul Rəzəviyə müraciət edib
00:51 / 14-06-2016
“22 may hadisələrindən 10 il sonra” mövzusunda keçirilmiş geniş dəyirmi masanın bəyanatı (21/05/2016)
16:36 / 21-05-2016
Bütöv Azərbaycan Ocaqları İslam Əməkdaşlıq Təşkilatının 13-cü zirvə toplantısı ilə əlaqədar bəyanat yayıb
21:47 / 19-04-2016
Bütöv Azərbaycan Ocaqları (BAO) Giresun Universitetinin rektoru, professor Aygün Attara məktub ünvanladı
22:32 / 13-04-2016