BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Kərkük, Mosul və Yaxın Şərqdə baş verən proseslər” mövzusunda növbəti diskussiya (05/11/2016)

21:48 / 05-11-2016   /   baxış - 635

5 noyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Kərkük, Mosul və Yaxın Şərqdə baş verən proseslər” mövzusunda növbəti diskussiya keçirildi. Tədbiri giriş sözü ilə BAO Siyasi-Analitik Klubunun rəhbəri Elvin Abdulla açdı. Öncə İrak və Suriya türkmanları və onların milli mücadiləsi haqqında videoçarx nümayiş etdirildi. Sonra çıxışlara başlandı.

Tədqiqatçı Əkbər Nəcəf: “İrak və Suriyada yaşayan türkmanların tarixi haqqında danışdı: “Bu bölgənin tarixi kifayət qədər saxtalaşdırılıb. Hər etnos ünün bir saxta tarix uydurulub. Arxivlər yandırılıb. Biz bu məsələdə uduzmuşuq. Bu bölgə demək olar ki əlimizdən çıxıb. İndi elm dövrüdür. Hər bir məsələdə həqiqi elmlə önə çıxmaq lazımdır. Oranın əhalisimnə də ilk növbədə təhsil və elm verilməlidir. Türkiyə dövləti iniyə qədər bu məsələdə lazımı işi görməyib”

Politoloq Vüqar Zivəroğlu: “Hazırda İrak və Suriyada vəziyyət çox mürəkkəbdir. Təsəvvür edin ki, İrakda 62 ölkənin qoşunu var. Region ölkələri – Türkiyə, Rusiya, İran kənar ölkələrdən fərqli olaraq İrak və Suriyanın bölünməsinin əleyhinədirlər. Buna görə də İrak və Suriyanın parçalanacağı real göğrünmür. Hazırda Türkiyənin bu bölgəyə müdaxiləsinin güclənməsi yaxşı haldır.”

Tədqiqatçı Bəxtiyar Tuncay: “Bu gün münaqişə bölgəsindəki xalqlarda milli düşüncədən çox məzhəb və təriqət düşüncəsi hakimdir. Burada sünni-şiyə düşmənçiliyi ən yüksək həddədir. Onların bir arada olması mümkün deyil. Hazırda Mosula hücum edən qüvvələrin öz aralarında da ciddi ziddiyyət var. Onu da unutmayaq ki, Birinci dünya nüharibəsindən sonra bağlanmış müqaviləyə görə İrak dövləti lğv olunarsa Mozul avtomatik Türkiyənin tərkibinə keçməlidir”

Türkoloq Aydın Mədətoğlu: “Bu bölgəı dinlərin yarandığı ərazidir. Ona görə də dini münaqişələr burada daim davam edir. Burada yəhudilərin rolunu da unutmaq olmaz. Onların bölgədə hələ çox əvvəllər qurduqları planları həyata keçirirlər”.

Tədqiqatçı Faiq ələkbəroiv: “Bölgədə savah vəziyyət dəlyişə bilət. Vəziyyətin bu cür gərginləşməsi bəlkə bir tərəfdən də buzim – türk dünyasının xeyrinədir. Ona görə də çox da pessimist olmağa dəyməz”.

Tədqiqatçı Mirzə Ənsərli: “Şam, Bağdad qədim mədəniyyət mərkəzləridir. İmperiyaları parçaladılar, yerində kiçik dövlətlər qurdular, sərhədlərini özbildikləri kimi cızdılar. Bunlar haqqın faktlardla kitablar da yazılıb”.

Tədbir iştirakçılarından Dursun Almas, Nəcəfalı Cahangirli, Rüfət Muhradlı, Eldəniz Şamlı və b. da mövzu ətrafında öz fikirlərini bölüşdülər.

Sonra tədbirdə iştirak edən Ümid partiyasının icra aparatının rəhbəri Taleh Əliyev İrak və Suriyada yaşaya Azərbaycan türklərinə - türkmanlara dəstək üçün təşkilat komitəsi yaratmaq təşəbbüsü ilə çıxış etdiklərini bildirdi. T.Əliyev noyabrın 8i saat 15:00-da Umid partiyasının qərargahında ilk toplantının keçiriləcəyini və BAO-nun da orada təmsil olunmasını istədiyini bildirdi: “Bu təşkilat komitəsi ümumi bir təşəbbüsdür, bir təşkilatın adı ilə bağlı deyil. Bunu yaratmaqla biz həm Azərbaycan hakimiyyətinə türkman soydaşlarımıza dəstək verməsi üçün müraciət edə bilərik, həm də onlar üçün maddi və humanitar yardım toplanmasını təşkil edə bilərik”.

VİDEO:

FOTOLAR:

BAO İnformasiya Xidməti

05.11.2016

 

 



Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017
Xocalı qətliamı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya (25/02/2017)
21:36 / 25-02-2017
“Babək və Xürrəmilər olduğu kimi” mövzusunda növbəti diskussiya (18/02/2017)
22:42 / 18-02-2017
“Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya (11/02/2017)
21:35 / 11-02-2017
“ABŞ prezidenti Donald Tramp və qlobal proseslər” mövzusunda növbəti diskussiya (04/02/2017)
23:31 / 04-02-2017
“Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya (28/01/2017)
22:49 / 28-01-2017
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya (21/01/2017)
20:10 / 21-01-2017
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2017)
21:16 / 20-01-2017
“Qərib Soltanın dərdli-sirli məzarı və biz” mövzusunda növbəti diskussiya (14/01/2017)
20:30 / 14-01-2017
“Təbriz zindanından bütövlüyə gedən yol” mövzusunda geniş tədbir keçirildi (30/12/2016)
18:52 / 30-12-2016
“Yaxın Şərq və İran. Tarixdən reallığa” mövzusunda növbəti diskussiya (24/12/2016)
21:37 / 24-12-2016
“İsrail-Azərbaycan münasibətləri” mövzusunda növbəti diskussiya (17/12/2016)
21:23 / 17-12-2016
“S.C.Pişəvəri və “21 Azər” hərəkatı” mövzusunda növbəti diskussiya (10/12/2016)
22:24 / 10-12-2016