BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Xocalı qətliamı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya

21:36 / 25-02-2017   /   baxış - 501

25 fevral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi Analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Xocalı qətliamı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının siyasi məsələlər üzrə müavini Alı Balayev açdı. Öncə Xocalı faciəsində həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra söz çıxışçılara verildi.

İlk söz Qarabağ müharibəsi qazisi, Xocalı faciəsinin camlı iştirakçısı Rey Kərimoğluna verildi: “Mən həmin vaxt orduda kəşfiyyatçı idim. Fevralın 26-sı səhər biz bu xəbəri eşidəndə Əskəran istiqamətində hücuma keçdik və çox önəmli mövqe olan Qara Qayanı götürdük. Bundan sonra Xocalıdan çıxan əhalini və meyitləri oradan çıxarda bildik. Həmin vaxt hətta əsgərlərimiz Əskarana da da daxil olmuşdular. Xocalı faciəsində çoxlarına məlum olmayan həqiqıətləri əks etdirən yeni film çəkilib və təqdimatı da olub. Yaxşı olar ki həmin filmi telekanallarda da versinlər”.

Sonra söz tarixçi alim Boran Əzizə verildi: “Xocalı faciəsinin əsas səbəbi sözsüz ki, Rusiyuanın türk və müsəlmanlara qarşı apardığı siyasət olub. Bunu Azərbaycanda hakimiyyət uğrunda mübarizənin nəticəsi kimi qiymətləndirnək doğru deyil. Bu diqqəti əsas düşmənlərimizdən yayındırmaqdır. Xocalı soiyqırımına həsr etdiyimiz kitabda da xeyli materiallar, o cümlədən şəkillər toplamışıq. Lakin nə qədər ki, hadisə şahidlərinin əksəriyyəti bu gün sağdır onları tapıb məlumatlar toplanmalıdır”.

Diskussiyada həmçinin Oqtay Qasımov, Cavanşir Beydullayev, Dilavər Əzimli, Mailə Bayramova, Faiq Ələkbərov, Aydın Mədətoğlu və b. da mövzu ətrafında öz fikirlərini bölüşdülər. Həmçinin tədbir iştirakçıları tərəfindən çıxışçılara onları maraqlandıran suallar da verildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

25.02.2017.



“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya (17/02/2018)
22:17 / 17-02-2018
“Orta Doğuda kəsişən maraqlar” mövzusunda dəyirmi masa (10/02/2018)
20:42 / 10-02-2018
“Orta Doğu siyasəti və Türkiyənin Afrin Əməliyyatı” mövzusunda dəyirmi masa (03/02/2018)
22:15 / 03-02-2018
“Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi (27/01/2018)
21:31 / 27-01-2018
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2018)
16:41 / 20-01-2018
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa (06/01/2018)
19:53 / 06-01-2018
BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı (23/12/2017)
21:38 / 23-12-2017
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)
18:58 / 17-12-2017
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib (16/12/2017)
21:18 / 16-12-2017
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət ediblər (09/12/2017)
20:07 / 08-12-2017
BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017