BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Orta Doğu siyasəti və Türkiyənin Afrin Əməliyyatı” mövzusunda dəyirmi masa (03/02/2018)

22:15 / 03-02-2018   /   baxış - 230

3 fevral  2018-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  siyasi məsələlər üzrə müavinliyinin təşkilatçılığı ilə mövzusunda “Orta Doğu siyasəti və Türkiyənin Afrin Əməliyyatı” mövzusunda dəyirmi masa dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə BAO başqanının siyasi məsələlər üzrə müavini Alı mBalayev açdı. O, Suriyada baş verən son hadisələr, o cümlədən Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyatlar haqqında qısa məlumat verbdikdən sonra sözü məruzəçulərə verdi. Dəyirmi masaya məruzəçi kimi dəvət olunmuş siyasi ekspertlər – Sülhəddin ƏkbərElxan Şahinoğlu mövzu üzrə məruzə ilə çıxış etdilər.

Sülhəddin Əkbər: “"11 sentyabr"  hadisələrindən sonraAmerikan Orta Doğunun yenidən dizayn edilməsi siyasətini aparır. Bu siyasət bölgədəki prosesləri nəzarətdə saxlamaq, təhlükəsisliyi təmin etmək və b. məqsədlərlə aparılır. 2011-ci ildə “Ərəb baharı"da həmin siyasətin davamıdır. Lakin sonra bölgədə gedən proseslərdə müəyyən sınmalar baş verdi. Öncə terrorçu qruplar, sonra isə başqa dövlətlər proseslərə qoşulmağa başladılar. Birinci sınma 2012-ci ildə ABŞ-ın Bəşər Əsədi devirməyi arxa plana atmasıyla başladı. İkinci sınma Rusiyanın Ukraniyaya girməsi ilə baş verdi. Bu zaman İran da dövriyyəyə girdi. Türkiyəni müdaxıləsi ilə isə üçüncü sınma baş verdi. Bu “Fərat Qalxanı” əməliyyatı ilə başladı və Afrin əməliyyatı ilə davam edir. Anti-İran Koalisiyası həm də Türkiyəyə qarşıdır. Bu əslində kürd dövlətinin qurulması üçündür. Afrin əməliyyatı ilə Türkiyə ilk dəfə  strateji, yəni geniş, hərtərəfli müharibə aparmağa başladı. Bu sevindirici haldır. Özü də Türkiyənin bu müharibədə işlətdiyi silahların 75 faizi yerli istehsalıdır. Əməliyyatlar demək olar ki itkisiz gedir. Türkiyə həm də Rusiya, İran, Əsəd rejimi və ABŞ-la danışıqlar aparır. Rusijyanın məqsədi Suriyada Əsəd rejiminin qalmasıdır. Amerikanın məqsədi isə Türkiyə, İran və Əfqanıstanı parçalamaqdır. Türkiyənən məqsədi isə Suriyada rejimi dəyişdirmək, kürd dövlətinin yaranmasının qarşısını almaqdır. Bölgədə Belə bir mürəkkəb geopolitik vəziyyət yaranıb”.

Elxan Şahinoğlu: “...İranda baş verən proseslərəAzərbaycanlıların niyə qoşulmadığı əsaslandırılırdı və məntiqli idi. Provakasiya xarakterli informasiyalara aldanmamalıyıq. Türkiyənin ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə problemləri var. Belə bir vəziyyətdə Türkiyə Rusiya ilə yaxşı münasibəti tuta bildi. Köhnə müttəfiqlər olan Türkiyə ilə ABŞ arasında münasibətlər çox soyuyub. Afrində Türkiyənin iki yolu var: Afrində mülki əhalinin qırılmaması üçün kürdlərin oradan çıxarılmasını ABŞ-dan tələb etmək, Ya da Bəşər Əsədlə danışıq aparmaq. Afrin əməliyyatı Türkiyə ordusunun nüfuzunu da özünə qayhtardı. Kürdlərdən ötrü Türkiyəni itirmək Amerika üçün çox böyük yanlışlıqdır.”

Tədbirdə iştijrak edən AXP sədri Pənah Hüseyn də mövzu üzrə öz fikirlərini bildirdi: “ABŞ-ın həyata keçirmək istədiyi böyük Kürdüstan projesi birbaşa Azərbaycanın əleyhinə olan bir projedir. İranın bu şəkildə parçalanması ilə Bütöv Azərbaycan qurmaq mümkün deyil. ABŞ-ın məqsədi əvvəldən idarə olunan xaos yaratmaq, bölgə dövlətlərini təsir altında saxlamaq olub. Türkiyənin kimin yanında olmasından asılı olmayaraq biz Türkiyənin yanında olmalıyıq”.

Daha sonra Dilavər Əzimli, Nəcəfalı Cahangirli, Natiq Ulubəy, Rizvan Hüseyn, Faiq Ələkbərli və b.-nın məruzəçilərə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə tədbir davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

03.02.2018.

 



“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya (17/02/2018)
22:17 / 17-02-2018
“Orta Doğuda kəsişən maraqlar” mövzusunda dəyirmi masa (10/02/2018)
20:42 / 10-02-2018
“Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi (27/01/2018)
21:31 / 27-01-2018
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2018)
16:41 / 20-01-2018
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa (06/01/2018)
19:53 / 06-01-2018
BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı (23/12/2017)
21:38 / 23-12-2017
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)
18:58 / 17-12-2017
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib (16/12/2017)
21:18 / 16-12-2017
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət ediblər (09/12/2017)
20:07 / 08-12-2017
BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017