BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya (11/02/2017)

21:35 / 11-02-2017   /   baxış - 540

11 fevgral 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli  açdı. O, Əli bəy Hüseynzadənin bir mütəfəkkir kimi tariximizdə çox önəmli yer tutduğunu qeyd edərək onun “Qafqazlıyıq, Türkük–Turanlıyıq, Müsəlmanıq və İnsanıq” fikrini xüsusi vurğuladı.

Sonra söz tədbirə mövzu üzrə məruzəçi kimi dəvət edilmiş tarixçi alim Hakim Qənbərliyə verildi. H.Qənbərli öncə Ə.Hüseynzadənin və milli fikir və milli hərəkat tariximizdə xidməti olmuş digər mərhum şəxsiyyətlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini tədbir iştirakçılarından xahiş etdi. Sayğı duruşundan sonra H.Qənbərli Ə.Hüseynzadənin həyatı, yaradıcılığı və ictimai-siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış etdi: “Ə.Hüseynzadə hələ 1875-1885-ci illərdə Tiflis Gimnaziyasında oxuyarkən, ərəb, fars və rus dillərini bildiyi halda yunan və latın dillərini də öyrənmişdir. 1885-89-cu illərdə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində oxuyarkən isə ingilis, fransız və alman dillərini öyrənmişdir. O, bu dövrdə həmçinin rəssamlıq kursuna da getmişdir. 1889-cu ildə universiteti bitirdikdən sonra təqiblərdən yayınaraq Azərbaycana qayıdir. Həmin il Türkiyəyə gedərək hərbi tibb məktəbinə daxil olur. Eyni ildə “İttihad və Tərəqqi” təşkilatını ilkin yaradanlardan və hətta onun ideya müəlliflərindən biri olur. Daha sonra həmin məktəbdə professor köməkçisi vəzifəsində çalışır. Beləliklə Ə.Hüseynzadə riyaziyyatçı, hərbçi, həkim, ədib, tarixçi və b. peşələrini özündə birləşdirmişdir. O, 1903-10-cu illərdə Azərbaycanda fəaliyyət göstərmiş, 1910-cu ildən vəfatına qədər Türkiyədə yaşamışdır. Ə.Hüseynzadə üçrəngli bayrağımızın ideya müəllifidir. O, Turançılıq ideyasını hələ 1892-ci ilə yazdığı şeirdə ifadə etmişdir. Ə.Hüseyzadə yaşadığı dövrdə Azərbaycan və Türkiyədə baş verən önəmli ictimai-siyasi proseslərin demək olar ki, hamısında hansısa formada iştirak etmişdir”

Daha sonra tədbir iştirakçılarından Cavanşır Beydullayev, Şirvani Ədilli, Dilavər Əzimli, İsgəndər Həmidov, Aydın Mədətoğlu, Natiq Ulubəy, Dursun Əlmas b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

11.02.2017.



“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya (17/02/2018)
22:17 / 17-02-2018
“Orta Doğuda kəsişən maraqlar” mövzusunda dəyirmi masa (10/02/2018)
20:42 / 10-02-2018
“Orta Doğu siyasəti və Türkiyənin Afrin Əməliyyatı” mövzusunda dəyirmi masa (03/02/2018)
22:15 / 03-02-2018
“Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi (27/01/2018)
21:31 / 27-01-2018
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2018)
16:41 / 20-01-2018
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa (06/01/2018)
19:53 / 06-01-2018
BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı (23/12/2017)
21:38 / 23-12-2017
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)
18:58 / 17-12-2017
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib (16/12/2017)
21:18 / 16-12-2017
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət ediblər (09/12/2017)
20:07 / 08-12-2017
BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017