BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya (28/01/2017)

22:49 / 28-01-2017   /   baxış - 345

28 yanvar 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi Analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Məhəmmədəmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO SAK-nun rəhbəri Elvin Abdulla açdı. Öncə M.Rəsulzadə və Azərbaycan Cümhuriyyətinin digər qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə mövzu üzrə geniş məruzə ilə çıxış etdi.

“Azərbaycan Xalq Cümhuriyyəti” termininin və “Məhəmməd Əmin”, “Məmməd Əmin”, “Məmmədəmin” yazılışlarının yanlışlığı, “Azərbaycan Cümhuriyyəti” və “Məhəmmədəmin” yazılışlarının doğruluğu ilə sözünə giriş verən Ə.Tahirzadə mövzuya keçərək Cümhuriyyətin yaranması və fəaliyyəti haqqında bir çox yeni faktlarla zəngin məruzə təqdim etdi. Müxtəlif səciyyəli məsələlərə toxunan məruzəçi bildirdi ki, Məhəmmədəmin Rəsulzadə Azərbaycan xalqının tarixi boyunca yetişmiş ən böyük şəxsiyyətlərdən biridir, Cümhuriyyətin qurulmasında onun müstəsna xidməti var və o, Azərbaycanın müstəqilliyini elan etmiş Azərbaycan Milli Şurasının sədri və Parlamentdə ən böyük fraksiyanın başçısı kimi Cümhuriyyət tarixinin ən nəhəng siması və lideridir. Ancaq Azərbaycan Cümhuriyyətinin yaradılmasını da təkcə onun adı ilə bağlamaq Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və bir çox başqalarının haqqını danmaq olardı.

Ə.Tahirzadə Zaqafqaziya Seymində, Trabzon və Batum, sonra İstanbul konfranslarında Rəsulzadənin geniş fəaliyyətindən söz açaraq bu gün Məhəmmədəmin bəyə və Cümhuriyyətin başqa liderlərinə qarşı yönəldilmiş əsassız ittihamlara da toxundu, dedi ki, istər Nuru paşa dönəmində, istərsə də ingilislər zamanında Azərbaycan hökuməti normal şəraitdə deyil, fövqəladə sıxıntılı durumda çalışıb. Ancaq bu fövqəladə çətinliklərə baxmayaraq, o hakimiyyətə başçılıq edənlər ayaq üstə duracaq və bugünkü dövlətimizin şərəfli sələfi olacaq bir dövlət yaratmağı bacardılar.

Məruzəçi bunu özəlliklə vurğuladı ki, Rəsulzadə başda olmaqla Cümhuriyyətin bütün qurucuları şəxsiyyətcə yüzillər boyunca örnək göstəriləcək uca və büllur kimi təmiz şəxsiyyətlərdi. Onlarda xan, bəy kübarlığı, qüruru, şərəfi vardı, rüşvəti ağıllarına belə gətirmirdilər və bəzi hallarda siyasi baxışlarında fərqlər olsa da dövlət quruculuğu istəyi onları sıx birləşdirirdi.

Məruzədə Azərbaycan Cümhuriyyətinin taleyində Türkiyə və Rusiya amilindən də geniş söz açıldı.  

Prof. Ə.Tahirzadə Cümhuriyyətin süqutundan sonra da Rəsulzadənin mühacirətdə Azərbaycan istiqlalı uğrunda siyasi çarpışmasına dair maraqlı faktlar gətirdi.

Sonda tədbir iştirakçılarından Ceyhun Quliyev, Cavanşir Beydullayev, Eldəniz Şamlı, Ruhəngiz Kərimli, Faiq ələkbərli, Dilavər Əzimli, Dursun Əlmas  b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

Ən sonda tədbir iştirakçıları xatirə fotoşəkilləri çəkdirdilər.

FOTOLAR:

 

 

BAO İnformasiya Xidməti

28.01.2017.



Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017
Xocalı qətliamı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya (25/02/2017)
21:36 / 25-02-2017
“Babək və Xürrəmilər olduğu kimi” mövzusunda növbəti diskussiya (18/02/2017)
22:42 / 18-02-2017
“Əli bəy Hüseynzadənin dünyagörüşündə Türkçülük və Turançılq” mövzusunda növbəti diskussiya (11/02/2017)
21:35 / 11-02-2017
“ABŞ prezidenti Donald Tramp və qlobal proseslər” mövzusunda növbəti diskussiya (04/02/2017)
23:31 / 04-02-2017
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya (21/01/2017)
20:10 / 21-01-2017
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2017)
21:16 / 20-01-2017
“Qərib Soltanın dərdli-sirli məzarı və biz” mövzusunda növbəti diskussiya (14/01/2017)
20:30 / 14-01-2017
“Təbriz zindanından bütövlüyə gedən yol” mövzusunda geniş tədbir keçirildi (30/12/2016)
18:52 / 30-12-2016
“Yaxın Şərq və İran. Tarixdən reallığa” mövzusunda növbəti diskussiya (24/12/2016)
21:37 / 24-12-2016
“İsrail-Azərbaycan münasibətləri” mövzusunda növbəti diskussiya (17/12/2016)
21:23 / 17-12-2016
“S.C.Pişəvəri və “21 Azər” hərəkatı” mövzusunda növbəti diskussiya (10/12/2016)
22:24 / 10-12-2016
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya (03/12/2016)
22:31 / 03-12-2016