BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)

20:46 / 04-05-2017   /   baxış - 119

29 aprel 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə Səlahəddin Əyyubi mövzusunda növbətidiskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsələlər üzrə müavini Dilavər əzimli  açdı. O, mövzunun tarixşünaslığımızda çox əhəmiyyətli yer tutduğunu və lazımınca öyrənilmədiyini vurğuladı

Sonra tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Əkbər Nəcəf mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, öncə S.Əyyubinin etnik mənsubiyyəti məsələsinə toxundu: “S.Əyyubinin ərəb, kürd və türk olması haqqında fikirlər var. Lakin S.Əyyubi ilə eyni dövrdə yaşamış və ona çox yaxın olmuş müəlliflərin heç birində onun kürd olması qeyd olunmur. İbn Əl Əsiridən etibarən Əyyubilərə kürd adı yapışdırılıb. Ancaq bu, mənbələrdə öz təsdiqini tapmır. Ərəb dilində “kürd” ifadəsi köçəri həyat sürən tayfa mənasında işlədilir. Məsələn Oğuz kürdləri və s. S.Əyyubinin türkcə danışması və quşuna türkcə əmrlər verməsini təsdiqləyən mənbələr var”.

Ə.Nəcəf həmçinin Əyyubilər dövləti haqqında da ətraflı məlumat verdi: “S.Əyyubinin qurduğu dövlət (Əyyubilər dövləti) tam mənada Səlcuq dövlətçilik ənənələrini davam etdirmişdir. Lakin səlibçiləri geri oturdan bu  dövlətdə vahid sistem yaranmadı. Belə ki, onun vəfatından sonra oğulları arasına mübarizə başladı. Onun vəliəhdi vahid hakimiyyət yarada bilmədi.”

Daha sonra tədbir iştirakçılarından Dilavər Əzimli, Bəxtiyar Tuncay, Ceyhun Quliyev, Nəcəfalı Cahangirli, Şahin Bəkirli, Dursun Əlmas b.-nın sual və fikirləriylə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

29.04.2017.

 



Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017