BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)

11:35 / 14-05-2017   /   baxış - 239

13 may 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya keçirilib. Tədbiri giriş sözü ilə açan Bütöv Azərbaycan Ocaqları (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos. dr. Faiq Ələkbərli bildirib ki, Zehtabi Azərbaycan türklərinin 20-ci əsrdə yetişdirdiyi ən böyük tarixçilərdən biridir. Onun sözlərinə görə, Zehtabi yalnız Azərbaycan türklərinin deyil, bütün Türk dünyasının tarixini yenidən dəyərləndirmişdir: "Özəlliklə, Türklərin Azərbaycan və Anadoluda gəlmə deyil, yerli xalq olmasını "İran türklərinin əski tarixi" kitabında elmi faktlarla sübuta yetirmişdir". Zehtabini Türklük və Azərbaycan şəhidi adlandıran F.Ələkbərliyə görə, o, Azərbaycan türklərinin, yenidən oyanışnda misilsiz rol oynamışdır: "Məhz Zehtabinin sayəsində "İran"la yanaşı Turan ideyasının yaşaması da davam etməkdədir".

Sonra, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli mövzu üzrə geniş məruzəylə çıxış edib. Pərvanə xanım məruzəsində Zehtabinin keçdiyi həyat yolunu və yaradıcılığını ətraflı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıb. P.Məmmədli onun bir çox məhdudiyyətlər səbəbindən yalnız 33 yaşında ali məktəbə qəbul ola bildiyini, həyatını türk tarixi və mədəniyyətini araşdırmağa  sərf etdiyini, bu sahədə çoxsaylı əsərlər yaratdığını qeyd edib. Məruzəçi Zehtabinin bir Türk övladı kimi daima Türklük və Azərbaycan uğrunda mücadilə verməsini xüsusilə vurğulamışdır. Onun yalnız tarixi əsərlərində deyil, şeir və poemalarında da millət və vətən mövzusunun daima öndə olmasını bildirib.

Daha sonra tədbir iştirakçılarından Şirvani Ədilli, Aydın Mədətoğlu, Dursun Əlmas, Nəcəfalı Cahangirli, Dilavər Əzimli və b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiya davam etdirilib.

FOTOLAR:

BAO İnformasiya Xiodməti

13.05.2017



Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017