BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“S.C.Pişəvəri və “21 Azər” hərəkatı” mövzusunda növbəti diskussiya (10/12/2016)

22:24 / 10-12-2016   /   baxış - 388

10 dekabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə “S.C.Pişəvəri və “21 Azər” hərəkatı” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının (MŞ) üzvü Şirvani Ədilli açdı. Öncə “21 Azər” hərəkatında həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra tədbirin ilk məruzəçisi şair, filologiya elmləri doktoru, professor Vüqar Əhməd “Pişəvərinin bədii yaradıcılığı” mövzusunda məruzə etdi. O, 6 ay Tehranda bu sahədə tədqiqat apararaq materiallar topladığını qeyd etdi: “Pişəvəri şeirlər də yazıb. Bu şeirlər klassiklərimiz səviyyəsində olmasa da kifayət qədər bədii dəyərə malikdir. Onun nəsr yaradıcılığı isə daha zəngin və dərindir. Onun bu əsərlərindən bir hissəsi son illər Azərbaycan türkcəsində nəşr edilmişdir və bu işi davam etdiririk. Mən öz kitabımda onun əsas bədii əsərlərinin təhlilini vermişəm. Onu da qeyd edim ki, artıq 7 cildlik Cənubi azərbaycan ədədbiyyatının nəşr olunması nəzərdə tutulub. Burada folklordan başlayaraq hazırkı dövrümüzün güneyli yazarlarına qədər yazılmış əsərlər də yer alacaqdır”.

Diskussiyanın digər məruzəçi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə isə İran dövlətinin Cənubi Azərbaycana qarşı ayrı-seçkilik siyasəti,“21 Azər” soyqırımı və nəticələrimövzusunda geniş məruzə ilə çıxış etdi. O, öz məruzəsində S.C.Pişəvərinin hələ 1920-ci illərdən başlayan ictimai-siyasi fəaliyyəti, “21 Azər” hərəkatına gətirib çıxaran proseslər və hərəkatın süqutunun səbəbləri haqqında geniş məlumat verdi: “Rza şah pəhləvi hakimiyyətə gəldikdən sonra qeyri-fars xalqlarına, o cümlədən türklərə qarşı sərt şovinist siyasət yeritməyə başladı. Həjtta orta məktəblərdə şagirdlərin türkcə danışılması qadağan edildi, türklər tarixi mənbələr təhrif edildi. 1945-ci iln 12 dekabrında yaranan Milli hökumət siyasi, iqtisadi və mədəni sahədə çox böyük işlər görmüşdü. Bu fakt Qərb mənbələrində də təsdiq edilir. Lakin Milli Hökumət bir il yaşamamışdır, 1946-cı ilin iyununda İranın tərkibində bir ostan kimi fəaliyyət göstərmişdir. Hərəkatın süquta uğramasında 50 minə qədər insan soyqırıma məruz qalmışdır. Burda ABŞ və İngiltərənin İran hakimiyyətinə göstərdiyi mbirbaşa hərbi yardımın xüsusi rolu olmuşdur. ”

Daha sonra tədbir iştirakçılarından Şahin Bəkirli, Yədulla Kənani (Nəminli), Cavanşir Beydullayev, Elmar Həsənli, Oqtay Daşoğuz b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

10.12.2016.



“Bütöv Azərbaycan ideyasının KİV-də təbliğinin hazırkı durumu” mövzusunda diskussiya (17/02/2018)
22:17 / 17-02-2018
“Orta Doğuda kəsişən maraqlar” mövzusunda dəyirmi masa (10/02/2018)
20:42 / 10-02-2018
“Orta Doğu siyasəti və Türkiyənin Afrin Əməliyyatı” mövzusunda dəyirmi masa (03/02/2018)
22:15 / 03-02-2018
“Rəsulzadə-134”mövzusunda dəyirmi masa keçirildi (27/01/2018)
21:31 / 27-01-2018
BAO-çular Şəhidlər Xiyabnına ziyarət yürüşü keçiriblər (20/01/2018)
16:41 / 20-01-2018
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa (06/01/2018)
19:53 / 06-01-2018
BAO-nun Türkiyədəki tədbirlərinin yekunları ilə bağlı toplantı (23/12/2017)
21:38 / 23-12-2017
BAO-çular Rəsulzadənin məzarüstü abidəsini təmir ediblər (17/12/2017)
18:58 / 17-12-2017
İstanbulda “21 Azər” hərəkatı ilə bağlı geniş tədbir keçirilib (16/12/2017)
21:18 / 16-12-2017
BAO-çular Azərbaycan Kültür Dərnəyini ziyarət ediblər (09/12/2017)
20:07 / 08-12-2017
BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017