BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)

20:21 / 23-09-2017   /   baxış - 1704

23 sentyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatçılığı ilə “Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli açdı. O, Kərkük məsələsinin çox önəmli olduğunu vurğuladı: "Kərkük məsələsi Türk Dünyası, o cümlədən Türkiyə və Azərbaycan dövlətləri üçün son dərəcə əhəmiyyətlidir. Əgər Kərkük itirlərsə hər iki Türk dövləti üçün ağır zərbə olacaqdır. Kərkük məsələsində Türkiyə dövləti qədər Azərbaycan dövləti də həssas olmalı, öz rəsmi mövqeyini ortaya qoymalıdır. Amma bu günə kimi Azərbaycan dövləti, hətta İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salihinin müraciətinə baxmayaraq öz rəsmi mövqeyini bildirməyib. Yəni İraqın bir hissəsində müstəqil dövlət yaradılması istəyini, bunun nəticəsində də həmin bölgədə yaşayan Kərkük türklərinin aqibəti ilə bağlı məsələyə reaksiya verilməyib. Ancaq Azərbaycandan fərqli olaraq Türkiyənin Kərkük məsələsində daha real mövqe tutması və Kərkük türklərinə hər cür, lazım gələrsə hərbi dəstək belə verə biləcəyini ifadə etməsi təqdirə layiq haldır. Bizcə, Azərbaycan dövləti də eyni soykökə, adət-ənənələrə malik olan Kərkük türklərinə sahib çıxmalıdırlar. Eyni zamanda Güney Azərbaycan türkləri də bu məsələdə son dərəcə həssas olmalıdırlar. Xüsusilə, İraq tərəfindən buradakı savaşlarda iştirak edən Güney Azərbaycandan olan Türk əsgərləri öz doğma qardaşları olan Kərkük türklərinin qanlarının tökülməsinə izin verməməlidir. Yəni sünni-şiə məsələsi adı altında qardaş qırğınına qətiyyən yol vermək olmaz. Biz həmişə Kərkükə Azərbaycan torpğaının bir hissəsi, Kərkük türklərinə də Azərbaycan türklərinin bir parçası kimi yanaşmışıq. Ona görə də Kərkük türklərinə Türkiyə qədər Bütöv Azərbayca Türkləri də sahib çıxmalıdrlar. Kərkük Qarabağ qədər bizlərə əzizdir. Qarabağın işağlından  sonra Kərkük itkisinə yol vermək omaz!".

Daha sonra söz şərqşünas, doktorluğa namizəd Oğuz Məmmədliyə verildi. O, İraqın dünyanın ən qədim yaşayış məskənlərdən biri və “Bərəkətli ayparanın” bir hissəsi olduğunu vurğulayaraq, tarixən bu bölgədə çoxsaylı müharibələrin olduğunu, İslam Xilafətinin qurulduğu dövrdən, yəni VII əsrdən etibarən bölgəyə ərəblərin köçürüldüyünü, Əməvilər və Abbasilər dönəmində isə türklərin muzdlu əsgərlər olaraq Xilafət tərəfindən bölgəyə yerləşdirdiyini, kürdlərin isə bu bölgəyə Sultan Alparslanın Anadolunun qapılarını açdıqdan sonra yerləşdirildiyini, Şah İsmayıl ilə Yavuz Səlimin savaşından sonra isə Sünni-Şafi olduğundan dolayı Səfəvilər ilə Osmanlı arasında bir tampon bölgə yaratmaq məqsədi ilə kürdlərin kütləvi şəkildə həmin bölgəyə köçürüldüyünü bildirdi. “Kürdlərin tarix boyunca heç bir zaman dövlətləri olmayıb, onların özlərinə aid etdikləri iki sülalənin – Mərvanilərin və Əyyubilərin isə hər ikisinin etnik kökəni mübahisəlidir. I Dünya Müharibəsindən sonra Osmanlının bölgədən çəkilməsi ilə əlaqədar yaranan boşluğu doldurmaq məqsədiylə Bəsrə, Bağdad və Mosul vilayətlərinin birləşdirilməsi nəticəsində Böyük Britaniya Kralı Feysalın idarəçiliyində İraq dövləti yaradılmışdır. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra Şimali İraqda kürdlərə muxtariyətin verilmiş, uzun illər boyunca Türk bölgəsi olan ərazilərə kürdlər yerləşdirilmişdir. Biz Seperatizmdən əziyyət çəkən bir ölkənin vətəndaşları olaraq dünyanın istənilən nöqtəsindəki seperatizmə qarşıyıq,  silahların kölgəsində keçiriləcək referedumun heç bir legitimliyi ola bilməz və bu addım böyük hərəkatın ilk addımıdır, referendumdan sonraki dönəmdə qonşu İran, Türkiyə və Suriya ilə problemlər yaşanacaq. Bərzaniyə bağlı “Rudaw TV”də “Kürdistan” hava durumunda göstərilən ərazidə hətta Azərbaycanın Naxçıvan MR-nın da bir hissəsi də daxil edilir. Bərzaninin bu ərazi iddiası gələcəkdə böyük savaşlara səbəb ola bilər. Tarixən kürdlərlə türklərin heç bir problemi olmayıb, lakin son zamanlar Qərb dövlətlərinin qızışdırılması ilə hər zaman yüksək münasibətdə olan bu iki xalq arasında nifaq toxumu səpməyə çalışırlar”.

Dəyirmi masada iştirak edən İstanbul Türküstan Dərnəyi başqanı Əkber Yassa, İstanbul İraq Türkləri Dərnəyi temsilçileri – Perihan Avcı, Yildirim Avcı və Qaya Kasap da iştirak edirdilər. Onlar İraqda türkmanların haqsızlıqlara məruz qaldıqlarını qeyd edərək Azərbaycanda Kərküklülərin problemləri ilə bağlı belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğuladılar.

Tədbirdə həmçinin İraq Türkmən Cəbhəsinin mətbuat katibi Turgut Hürmüzlünün tədbir iştirakçılarına ünvanlanmış səs yazısı da dinlənildi.

Dəyirmi masada həmçinin MSDM-nin rəhbəri İsa Qəmbər, Müsavat basanı Arif Hacılı,  BAO fəalları – Dilavər Əzimli, Natiq Ulubəy, Nəcəfalı Cahangirli, Paşa Həsənli, Cavanşir Beydullayev, Aydın Mədətoğlu və b. mövzu ətrafında çıxışlar etdilər.

Sonda Faiq Ələkbərli dəyirmi masa adından hazırlanmış Qətnaməni oxudu. Qətnamənin mətrni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda keçirilmiş dəyirmi masanın

QƏTNAMƏSİ

 

Məlumdur ki, Şimali İraq kürd muxtariyyətinin rəhbərliyi 25 sentyabr 2017-ci il tarixində qeyri-qanuni olaraq müstəqillik üçün referendum keçirməyə qərar verib. Bu qərardan sonra İraq parlamenti, həmçinin bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar bu referendumun qeyri-qanuni olduğunu və onun nəticələrini tanıma¬yacaqlarını bəyan ediblər.

Biz – dəyirmi masa iştirakçıları Şimali İraq kürd muxtariyyətinin rəhbərliyinin referendum keçirmək qərarını qeyri-qanuni hesab edir, bu qərarın bölgədə onsuz da gərgin olan hərbi-siyasi durumu daha da gərginləşdirəcəyini və xüsusən İraq türkmanlarının milli mənafeyinə zidd olduğunu bəyan edir, dünya ölkələrini və beynəlxalq təşkilatları Şimali İraq kürd muxtariyyətinin rəhbərliyini separatçı mövqedən çəkindirmək üçün ona təzyiq göstərməyə çağırırıq.

Bakı, 23.09.2017.

 

FOTOLAR:

 

BAO İnformasiya Xidməti

23.09.2017.

 


BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017