11 aprel 2021-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş Dilavər Əzimlinin doğulduğu Cəlilabad rayonunun Ağdaş kəndində 40 mərasimi keçirilib.
Mərasimdə mərhumun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib. Ziyarətdə BAO-nun bir qrup üzvü, ölkənin elmi-pedaqoji ictimaiyyətinin nümayəndələri, Cəlilabad rayonunun ziyalıları, alimin yaxınları və kənd əhalisi iştirak ediblər. Mərhumun məzarı üstünə Bütöv Azərbaycan Ocaqları adından əklil qoyulub, ruhuna dualar oxunub.
Daha sonra BAO başqanı Zahir Əlisoy, BAO fəalları Zəkulla Bayramlı, Faiq Ələkbərli, ilahiyyatçı İsa Ələkbər, tarixçi alimlər Hacı Həsənov, Zahid Usubov və b. çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışmışlar. Tədbirdə D.Əzimlinin dünyasını dəyişməsinin Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğu vurğulanıb.
FOTOLAR:
BAO İnformasiya Xidməti
11.04.2021.