BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Yaxın Şərq və İran. Tarixdən reallığa” mövzusunda növbəti diskussiya (24/12/2016)

21:37 / 24-12-2016   /   baxış - 457

24 dekabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun (DTQ) təşkilatçılığı ilə “Yaxın Şərq və İran. Tarixdən reallığa” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsələlər üzrə müavini rəhbəri Dilavər Əzimli açdı. O, öncə mövzu ilə bağlı bölgənin tarixi və müasir durumu haqqında məlumat verdi ”Yaxın şərq anlayışı Avropalılar tərəfindən Osmanlı imperiyasına münasibətdə meydana çıxıb. Hələ qədimdən də bu çür adlandırmalar olub. ...Bölgədə “Ərəb baharı”ndan sonra davam edən münaqiışədə milyonlarla dinc insan həlak olub. Vəziyyət əvvəlkindən daha pis xarakter alıb. İran da bölgədə oyunçuya çevrilib”.

Sonra Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, tanınmış ictimai-siyasi xadim İsa Qəmbər mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, İranın son yüz illik siyasi tarixinə nəzər saldı: “İran dövlətində gedən proseslərə dünya müharibələrinin xüsusi təsiri olub. Məlumdur ki, dünya müharibələrindən qalib çıxan dövlətlər dünyanın siyasi xəritəsini öz maraqlarına uyğun cızıblar. Bunun fəsadlarını biz bu gün də çəkirik. 1925-ci ildə ingilislər tərəfindən İranda hakimiyyətə gətirilmiş Pəhləvi sülaləsi bu vaxta qədər min illiklər ərzində türklər tərəfindən idarə olunmuş bu dövləti fars dövlətinə çevirdilər. Onlar cəmi 54 il hakimiyyətdə qaldılar. Tarix üçün bu elə də uzun dövr deyil. Onlardan sonra gələn dini rejim isə 40 ilə yaxındır ki, mövcuddur. Dini hakimiyyət isə uzun müddət qala bilməz.”

İ.Qəmbər həmçinin hazırkı beynəlxalq siyasi durum haqqında da fikirlərini bildirdi: “Sabitliyə nail olmağın iki yolu var: diktatura və konsensus. Hazırda İrak və Suriyada heç biri mövcud deyil. Ona görə də burada sabitlik yoxdur. Müxtəlif daxili və xarici qüvvələr öz maraqlarına görə mübarizə aparırlar. Belə vəziyyətdə hadisələrin inkişafı haqqında proqnoz vermək də mümkün deyil”.

Məruzəçi həmçinin Güney Azərbaycan məsələsinə də öz münasibətini bildirdi: “Biz hələ gənclik illərindən Bütöv Azərbaycançı olmuşuq. Lakin buna necə, hansı itkilər hesabina nail olmaq haqqında düşünəndə bu prosesin tədricən, mərhələlərlə baş verməsinin daha məqsədəuyğun olduğunu görürük. Yəni İranda ilk növbədə demokratikləşmə, azad seçkilər olmalıdır. Əgər əhalinin çoxluğunu türklər təşkil edirsə demokratik şəraitdə onlar öz haqlarına sahib olmaq imkanı qazanacaqlar. İndi İran parlamentində türk fraksiyası yaranıb. Bu müsbət haldır. Amma nə bilmək olar, azad seçkilər keçirilsə bəlkə parlamentdə türk yox, fars fraksiyasından danışmalı olarıq. İrandakı türklərin çoxu İranı öz dövlətləri hesab edirlər. İndi Güney Azərbaycanda yalnız məsələn, 15 mln. Azərbaycan türkü yaşayır. Ondan da çoxu Tehran, İsfahan və başqa bölgələrdədir. Belə olan halda onlar Güney Azərbaycanın ayrılmasına necə razı ola bilərlər? Burada seçimi Güneyli soydaşlarımızın özlərinə buraxmalıyıq”.

Daha sonra tədbir iştirakçılarından Hakim Sadiqli, Bəxtiyar Tuncay, Faiq Ələkbərov, Dilavər Əzimli, Nəcəfalı Cahangirli, Mehman Əhmədov, Zahir Əlisoy, Oqtay Daşşoğuz b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

Tədbir BAO-nun Feysbuk səhifəsində canlı yayımlanmışdır.

VİDEO-LİNK: https://www.facebook.com/Bao.az/videos/1413791871973177/

 

FOTOLAR:

BAO İnformasiya Xidməti

24.12.2016.



“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017