BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)

20:52 / 22-04-2017   /   baxış - 583

 

22 aprel 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Mirzə Bala Məmmədzadə və Türk dünyası mövzusunda növbətidiskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müaviniFaiq Ələkbərli açdı.  Sonra tanınmış türkoloq, filologiya elmləri namizədi, dosent Aydın Qasımlı (Mədətoğılu) mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, M.B.Məmmədzadənin həyatı, yaradıcılığı və siyasi  fəaliyyəti haqqında geniş məlumat verdi: “M.B. Məmmədzadə 1898-ci ildə doğulmuş, 1898–1923-cü illərdə Quzey Azərbaycanda, 1923-27-ci illərdə Güney Azərbaycanda, 1927-31-ci illərdə Türkiyədə, 1931-39-cu illərdə Polşada, 1939-cu ildən ömrünün sonuna qədər Türkiyədə yaşamışdır. ...M.Ə.Rəsulzadənin ideyalarını M.B.Məmmədzadə qədər dərk edən ikinci bir şəxs olmamışdır. Tariximizdə bu iki şəxs qədər biri birinə yaxın, ömürləri boyu yanaşı mübarizə aparan başqa iki şəxs tapmaq mümkün deyil. Təsadüfi deyil ki M.Ə.Rəsulzadənin vəfatından sonra 1955-59-cu illərdə Müsavat partiyasına məhz M.B.Məmmədzadə sədrlik etmişdir. M.B.Məmmədzadə ömrü boyu Azərbaycanın istiqlalı uğrunda durmadan mübarizə aparmış, tariximizə və mədəniyyətimizə aid çox dəyərli əsərlər yaratmışdır. Təəssüf ki, onun çox az sayda əsəri Azərbaycanda nəşr olunmuşdur. M.B.Məmmədzadənin “Azərbaycan tarixində türk Albaniya” və “Ermənilər və İran” əsərləri xüsusiylə dəyərlidir”.

Daha sonra tədbir iştirakçılarından Cavanşir Beydullayev, Rizvan Hüseyn, Faiq Ələkbərli, Mailə Bayramova, Yusif Baba, Elman Cəlilov və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

22.04.2017.



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017