BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)

22:34 / 09-11-2017   /   baxış - 349

09 noyabr  2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə 9 noyabr – Bayraq gününə həsr olunmuş dəyirmi masa keçirildi.

Dövlət himni oxunduqdan sonra tədbiri giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) təşkilat adından Bayraq bayramı münasibətilə bütün azərbaycanlılara, Azərbaycan Türklərinə təbriklərini çatdıraraq qeyd etdi ki, 1828-ci il Türkmənçay müqaviləsiylə Qacarlar Azərbaycanın bir hissəsinin Çar Rusiyasının tərkibinə  keçməsinə razılıq verməyə məcbur olmuşdur ki, həmin gündən etibarən Quzey Azərbaycan türkləri bir an olsun durmadan daima azadlıq uğrunda mücadilə aparmışlar: “Quzey Azərbaycan türkləri çar Rusiyasına qarşı apardığı mücadilənin nəticəsi olaraq da 1918-ci ilin 28 mayında yenidən azadlığını əldə etmiş, əvvəlcə albayraqlı, daha sonra isə üçboyalı bayrağını Azərbaycan xalqının başı üzərində dalğalandırmışlar. Şübhəsiz, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə başda olmaqla 1918-ci ilin noyabrın 9-da Azərbaycan Cümhuriyyətinin yeni, yəni üçboyalı bayrağının qəbul edilməsi təsadüfi olmamışdır. Bununla da, Azərbaycan türklərinin öndərləri Azərbaycan Cümhuriyyətinin tam müstəqil olduğunu, yəni heç bir dövlətdən asılı olmamasını, eyni zamanda onun gələcək məfkurəsini ortaya qoymuşlar”.

F.Ələkbərli bildirdi ki, Azərbaycan Cümhuriyyətinin yeni bayrağının fikir ataları Cəmaləddin Əfqanilər, Əli bəy Hüseynzadələr, Məhəmməd Əmin Rəsulzadələr olsalar da, eyni zamanda üçboyalı bayraq Azərbaycan türklərinin bu dövrə qədər yaratdığı qədim və orta əsr Türk dövlətlərinin, yəni Midiyanın, Sacilərin, Səvəfilərin, Əfşarların, Qacarların atributlarını da özündə əks etdirir: “Özəlliklə, Əli bəy Hüseynzadə 20-ci əsrin əvvəllərində müasir mədəniyyətə və İslam dininə sadiq Türk xalqlarının gələcəyindən bəhs edərkən, bunu yalnız Azərbaycan türklərinə deyil, bütün Türk xalqlarına aid etmişdir. Bu anlamda Əli bəy Hüseynzadənin Türklük, İslamlıq və Çağdaşlıq haqqındakı fikirləri, eyni zamanda onun yolunu davam etdirən Ziya Gökalplar, M.Ə.Rəsulzadələrin həm zehni, həm də əməli işləri Türk xalqlarının keçmişini, bu gününü və gələcəyini tamamlaması baxımından çox önəmli olmuşdur”.

Onun sözlərinə görə, yeni dövrdəki məfkurəmiz, ülkümüz üçboyalı bayrağa əsaslanan, ancaq hazırkı dövrün şərtlərini də nəzərə almaqla yalnız Azərbaycanın bütünləşməsinə deyil, ondan da böyük yeni Türk dövlətinin qurulmasına yönəlməlidir: “Bizim üçün üçboyalı Azərbaycan Türk bayrağı yalnız Azərbaycan Türklərinin deyil, özünü dünən də, bu gün də Azərbaycan türkləriylə bir yerdə yaşamağa üstünlük verən, sabah isə bizlərlə birlikdə daha böyük dövlət, istər adı Turan olsun ya da başqa bir ad altında, yaratmağa hazıır olan hər bir etnosun da bayrağıdır. Azərbaycan Türkləri yeni dövlət yaradarkən də Türk ya da Türk olmayan bütün insanları öz bayrağı altında tutacaq, insanlıq və ədalət adına hər bir kəsə xidmət edəcəkdir. Çünki biz Türklər tarixən də göydə Tanrıya, yerdə isə Türk ya da qeyri Türk ayrı-seçkiliyi qoymadan insanlığa xidmət etmişik. Bu gün xəyal kimi görünsə də, biz Azərbaycan türkləri bu üçboyalı bayrağı çox yaxın zamanlarda yeni böyük bir Türk dövlətinin bayrağı etmək düşüncəsindəyik”.

Sonra tarixçi alim Dilavər Əzimli qədim dövrdən üzü bəri Azərbaycan dövlətlərinin məlum bayraqları haqqında geniş məlumat verdi: “Bayraq millətin formalaşmasında əsas rol oynayır. Azərbaycanda bayraqların tarixi çox qədimdir. Arxeoloji qazıntılar zamanı tunc dövrünə aid bayraqlar aşkar olunmuşdur. Orta əsr Azərbaycan dövlətlərinin bayraqları qardaş Türkiyədə Topqapı muzeyində saxlanılır. Bunlara misal olaraq Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərə aid bayraqlardır. O cümlədən xanlıqların bayraqlarından da bu muzeydə saxlanılır. Türkiyə tarixçisi İ.H.Uzunçarşılının qənaətinə görə, Topqapı Sarayında (İstanbul) xəzinə kitabxanasında saxlanılan  və 1428-ci ildə ispan J.Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir. Eyni zamanda, Topqapı Sarayi Muzeyində Ağqoyunlu hökmdarı Həsən padşaha aid bayraq saxlanılır. Ağ parçadan hazırlanmış bayraq uzunsov üçbucaqlı formadadır. Üzərində “Sultan Həsən Bahadur” sözləri yazılmış, Həsən padşahın tuğrası təsvir olunmuş, kənarlarında isə Quran ayələri (“Bəqərə” surəinin 255-ci, Ali imran” surəsinin 181-ci, “Fəth” surəsinin ilk iki ayəsi) verilmişdir. Azərbaycan Səfəvilər dövlətində çoxlu sayda bayraqlar olmuşdur. Bunlar döyüş bayrağı, təriqət bayrağı və dövlət bayraqlarıdır. Dğvlət bayrağının üzərində ay-ulduz təsviri olmuşdur. Ay-ulduz rəmzi qədim türk yaddaşının izləridir. Belə ki, qədim Türk dövlətlərinin memarlıq abidələrində, pullarında ay-ulduz rəmzinə tez-tez rast gəlinir. Mənbələrdən bəlli olur ki, Şah İsmyıl dövründə dövlət bayrağı çox iri olub, ağ qumaşdan hazırlanmışdı. Üzərində Qurani-kərimin 61-ci (“Səf”) surəsinin 13-cü ayəsində “nəsrun-minəllahi və fəthun qərib (Allahdan kömək və yaxın qələbə) və onun qısa forması “nəsrun-minəllahi” (Allahdan kömək) ifadəsi həkk olunmuşdur.  Azərbaycan xanlıqlarının bayraqlarında da Qurani-kərimdən ayələr verilmişdir. Bu bayraqlar ipək parçadan hazırlanmışdır. Bu gün ölkəmizdə Bayraq muzeyi fəaliyyət göstərir və bu bayraqların nümunələri orada vardır. Azərbaycanın əksəriyyət rayonlarında muzeyin filialları yaradılmışdır”.

Türkoloq Aydın Mədətoğlu türk dövlətçiliyi tarixi haqqında öz fikirlərini bildirdi: “Türklər tarixdə 17 imperatorluq qurmuşlar. Dünyada bu qədər imperatorluq qurmuş ikinci bir xalq yoxdur. Dövlətlər milli mədəniyyətlər yaratdıqları halda, imperatorluqlar bəşəri mədəniyyətlər yaradırlar. Türklər həm də yeganə millətdir ki, animizmdən, fetişizimdən tutmuş sonuncu din islama qədər bütün dinləri keçiriblər. Azərbaycan bütövləşməyincə türk dünyasının gələcəyi yoxdur. Ona görə də Türdəıvlət və muxtar qurumların rəhbərlərı Güney Azərbaycana xüsusi diqqətlə yanaşmalıdırlar. Arzumuz budur ki, bu üçrəngli bayraq bir vaxt Bütöv Azərbaycanın bayrğı olsun”.

Sonra tədbir iştirakçılarından Rizvan Hüseyn, Rüfət Muradlı, Cavanşir Beydullayev, Elman Cəlilov, Mailə Bayramova, Natiq ulubəy, Şirvani Ədilli, Paşa Həsənli, Zahir Əlisoy b.-nın mövzu ətrafında fikirləri ilə dəyirmi masa davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

09.11.2017.

 



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017