BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Müstəqilliyimizin bərpa olunmasının 25 illiyinə həsr olunmuş “İstiqlal-25” adlı geniş tədbir (15/10/2016)

19:57 / 15-10-2016   /   baxış - 864

15 oktyabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə müstəqilliyimizin bərpa olunmasının 25 illiyinə həsr olunmuş “İstiqlal-25” adlı geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə BAO Siyasi-Analitik Klubunun rəhbəri Elvin Abdulla açdı. O, qısa olaraq müstəqilliyin hər bir xalqın, o cümlədən Azərbaycan xalqının həyatındakı əhəmiyyətindən haqqında danışdı: "1991-ci ilin martında Azərbaycan Ali Sovetindəki 350 deputatdan SSRİ-də qalmağın əleyhinə səs vermiş 43 deputat siyasi çevrədə istiqlalın qəhrəmanlarıdırlar. Onların adı tarixə "istiqlalçı deputatlar" kimi düşüb. Biz gənclər olaraq onların hər birinə minnətdarıq".

Sonra Azərbaycanın istiqlal mücadiləsində xidməti olmuş dünyasını dəyişmiş şəxslərin xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxışlara yer verildi.

MSDM-nin rəhbəri  İsa Qəmbər: “SSRİ dövründə yalnız Pribaltika işğal olunmuş ərazi sayılırdı. Ona görə də ola bilərdi ki, yalnız Pribaltika xalqları müstəqillik qazansın, qalanları Rus imperiyasınvarisi kimi SSRİ-nin tərkibində qalsın. Lakin Azərbaycan, Gürcüstan və digər respublikalarda milli azadlıq hərəkatlarının baş qaldırması nəticəsində  SSRİ tamamı ilə parçalandı”

AMİP lideri Etibar Məmmədov: “Belə dəmək ki, SSRİ onsuz da dağılacaqdı Azərbaycan da müstəqil olacaqdı, bu doğru deyil. Xalq müstəqillik uğrunda mübarizəni aparıb və bunu inanaraq aparıb. Bu mübarizə bir gün də dayanmayıb, həmişə aparılıb. Əsas bu inamdır. Bu gün də inam varsa, hər şeyə nail olmaq olar”

Keççmiş Daxili işlər naziri İsgəndər Həmidov: “Mənim uşaqlıqdan ən böyük arzum paytaxtımızın Təbriz olmasıdır. Ona görə də buradakı şüar mənim ürəyimcədir”.

Şair, tədqiqatçı Teyyub Qurban: “Müstəqillik aktı qəbul edildikdən dərhal sonra Dağlıq Qarabağ Muxtar vilayəti ləğv edildi. Bu tamamı ilə doğru idi. Çünki Cümhuriyyət dövründə nə Dağlıq Qarabağ, nə də Naxçıvan muxtar vilayəti olmayıb. Amma bu gün Dağlıq Qarabağ ifadəsi münaqişənin adında hallandırılır. Bu müstəqilliyimizə zidd bir haldır”

KXCP sədri Mirmahmud Mirəlioğlu: "İstiqlalçılara qədər Azərbaycan xalqı böyük yol keçib. Sonradan bəzi istiqlalçılar bu hakimiyyətin gəlməsinə kömək etdi. Müstəqillikdən sonra Elçibəy Bütöv Azərbaycan Birliyini (BAB) yaratmışdı. Amma onun vəfatından sonra həmin təşıkilatın fəaliyyətini dayandırdılasr. Ona görə də bu gənclər Bütöv Azəırbaycan Ocaqlarını (BAO) yaradıblar. Sağ olsunlar. Mən onlara uğurlar arzulayıram"

ADP sədri Sərdar Cəlaloğlu: “Bir xalq müstəqillik qazandıqdan sonra əvvəlkindən pis vəziyyətdə yaşayırsa deməli bu əsl müstəqillik deyil. İstiqlaliyyət xalqı hər cəhətdən irəli aparmalıdır, çünki özü öz sərvətinə sahib olur”.

Tədbirin sonunda Elvin Abdulla SSRİ-nin saxlanılmasını rəsmiləşdirmiş 1991-ci il 17 mart referendumuna getməyin əleyhinə səs vermiş 43 istiqlalçı deputatın adlarının tam siyahısını, həmin referenduma getməyin lehinə, yəni müstəqilliyimizin əleyhinə səs vermiş deputatlardan bir neçəsinin adlarını oxudu.

VİDEO:

FOTOLAR:

BAO İnformasiya Xidməti

15.10.2016

 

 



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017