BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)

21:56 / 31-05-2017   /   baxış - 1056

20 may 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) ideoloji məsələlər üzrə müavinliyinin təşkilatçılığı ilə “Babək və Xürrəmilər olduğu kimiİ Şah Abbas” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının ideoloji məsələlər üzrə müaviniDilavər əzimli açdı. O, mövzu üzrə məruzəçi kimi nəzərdə tutulmuş tarixçi alim Zabil bayramlının üzürlü səbəbdən tədbirə gələ bilmədiyini qeyd etdi və həmin mövzu üzrə özünün və tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlının məruzə edəcəklərini elan etdi.

Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli I Şah Abbas dövrünün əsasən iqtisadi tərəfləri haqqında məruzə etdi: “I Şah Abbas haqqında folıklorumuzda çox danışılır. O, yaxşı hökmdar olmasaydı xalq onu bu qədər folklorunda yaşatmazdı. I Şah Abbas hakimiyyətə gələndə demək olar ki dövlət dağılmışdı. Onun paytaxtı Təbrizdən İsfahana köçürməsi ilk növbədə okean ticarəti ilə bağlı olub. İkincisi isə, bu təhlükəsiszlik məqsədi ilə edilib. Həmin dövbrdə İsfahanda türk dilində danışıblar. Avropa səyyahlarının əsərlərində sarayda və orduda türk dilinin üstün mövqeyə malik olduğu qeyd olunur.başqa millətlərdən olan qulamlar da öz aralarında tük dilində danışıblar. İ Şah Abbas balıqçılıq, ipəkçolok və b. Mühüm sahələri öz nəzarəti altına almışdı. Bunun nəticəsində onun dövründə iqtijsadiyyat, o cümlədən xarici ticarət, xüsusən İngiltərə ilə iqtisadi əlaqələr yüksək inkişaf səviyyəsinə çatmışdı. Bu iqtisadi siyasətin nəticəsində düz 81 il iqdisadi böhran olmayıb”

Digər məruzəçi – tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı isə I Şah Abbas dövrünün əsasən iqtisadi münasibətləri haqqında danışdı: “O dövrdə aparılan müharibələrin təməlində dini yox, siyasi və iqtisadi amillər dayanırdı. I Şah Abbas dövləti tənəzzüldən qurtardı. 1594-cü ildə o, xristian dini sektalarının fəaliyyətinə şərait yaratdı. Bu da Avropa ilə əlaqələrin inkişafını sürətləndirdi. I Şah Abbas öz xarici siyasətində ingilis-holland rəqabətindən də məharətlə istifadə edib. Şah İsmayıl Xətainin dövründə farz dilinin mövqeyinə böyük zərbə vurulmuşdu. Türk dilinin üstün mövqeyi sonralar, o cümlədən Şah Abbasın dövründə də davam edib. I Şah Abbasın dövründə dövlətin guya fars dövlətinə çevrilməsi fikrinin heç bir elmi əsası yoxdur”.

Sonra tədbir tədbir iştirakçılarından Aydın Mədətoğlu, Cavanşir Beydullayev, Faiq Ələkbərli, Nəcəfalı Cahangirli, Şahin Bəkirli, Oqtay Daşoğuz, Elmar Həsənlib.-nın məruzəçilərə verdikləri suallar və mğvzu ətrafında irəli sürdükləri fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

20.05.2017.



“Yaxın və Orta Şərq: İsrail-Həmas münaqişəsi” mövzusunda dəyirmi masa (28/10/2023)
21:21 / 07-11-2023
“Qarabağda antiterror əməliyyatı və onun doğurduğu nəticələr” mövzusunda dəyirmi masa (21/10/2023)
21:16 / 07-11-2023
“Dövlət müstəqilliyinin bərpası günü” mövzusunda dəyirmi masa (14.10.2023)
21:05 / 07-11-2023
Elçibəyin məzarını ziyarət (24.06.2023)
23:36 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda II dəyirmi masa (17/06/2023)
23:20 / 27-06-2023
“Azərbaycan tarixinin aktual problemləri” mövzusunda I dəyirmi masa (10/06/2023)
23:02 / 27-06-2023
“Azərbaycan Cümhuriyyəti - 105” mövzusunda dəyirmi masa (27/05/2023)
22:27 / 09-06-2023
“22 may 2006 – Azərbaycanın Güneyində Milli Qiyam Günü” mövzusunda dəyirmi masa (21/05/2023)
22:09 / 25-05-2023
“Türkiyədə seçkilər və regiona təsiri” mövzusunda dəyirmi masa (13/05/2023)
20:09 / 19-05-2023
“Güney Azərbaycan Koordinasiya Mərkəzi”nin (GAKM) təqdimatı (22/04/2023)
21:31 / 22-04-2023
“31 Mart – Dünya Azərbaycanlılarının soyqırım günü” mövzusunda dəyirmi masa (01/04/2023)
13:34 / 02-04-2023
Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü”nə dəstək məqsədilə dəyirmi masa (25/03/2023)
15:12 / 26-03-2023
“Türk dünyasında Novruz” mövzusunda dəyirmi masa (18/03/2023)
19:38 / 18-03-2023
“Bütöv Azərbaycan mübarizəsində qadınların rolu” mövzusunda dəyirmi masa (11/03/2023)
12:18 / 14-03-2023
“Bütöv Azərbaycan gənclərin gözü ilə” mövzusunda diskussiya (04/03/2023)
09:50 / 05-03-2023
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda II dəyirmi masa (25/02/2023)
21:21 / 25-02-2023