BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya (03/12/2016)

22:31 / 03-12-2016   /   baxış - 464

3 dekabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Siyasi-analitik Klubunun (SAK) təşkilatçılığı ilə “Ölkə iqtisadiyyatının bu günü və sabahı” mövzusunda növbəti diskussiya keçirildi. “Feysbuk” kanalında canlı yayımlanan tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Sonra bir müddət öncə İranın Semnan əyalətində sərnişin qatarlarının qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olmuş  soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra tanınmış iqtisadçı və ictimai-siyasi xadim, "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nın və "İqtisadi Tədqiqatlar Mərkəzi"nin sədri, ABŞ-ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru Qubad İbadoğlu mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, faktlar və rəqəmlərlə  Azərbaycan iqtisadiyyatının hazırkı durumunun nə qədər ağır olduğunu göstərdi: “Neftdən ən çox gəlir 2011-ci ildə götürülüb –   19 mld. dollar. 2016-cı ildə bu gəlir 7 mld.-a yaxındır. Gələn il daha az olacağı gözlənilir. Azərbaycan iqtisadiyyatında gəlirlərin azalması ilə əlaqədar ötən illərə nisbətən xərclər də artıb. Bu qurulmuş infrastruktura göstərilən daimi xidmətlərlə bağlıdır. İndiyə qədər regionlara 50 mld. dollara yaxın vəsait qoyulub. Amma bu gün büdcədə regionlardan gələn gəlirin payı cəmi 3 faizdir. Rəsmi məlumatlara görə cari ildə 50 minə yaxın insan öz işini itirib. Dünya təcrübəsi isə göstərir ki, işsizliyin artması cəmiyyətdə cinayətkarlığın artmasına səbəb olur. 2016-cı ildə gözlənilən islahatlar aparılmadı. Formal da olsa aparılan islahatlar isə bəzən biri-birinə tamamı ilə zidd xarakterdə olub. Mənim son hesablamalarıma görə Azərbaycanda gizli iqtisadiyyat 46 faiz təşkil edir.”.

Məruzəçi növbəti il üçün öz proqnozlarını da dedi: “2017-ci ilin büdcəsi də neftdən asılı olacaq. Belə ki, burada neft sektorunun payı 49.2 faizdir. Bütün bunlar göstərir ki, 2017-ci il çətin il olacaq.  Hesablamalara görə hazırda neftin bir bareli 110 dollar olmalıdır ki, 2013-cü ildəki gəlirləri əldə etmək mümkün olsun. Bu isə mümkün deyil. Kommunal xidmətlərin qiymətinin artırılması böhranı daha da gərginləşdirəcək. Növbəti ildə də manatın dəyərdən düşməsi qaçılmazdır. Cəmiyyətdən ciddi müqavimət olmadıqca hakimiyyət bu siyasətini daha rahat şəkildə davam etdirir. İqtisadiyyatımızı böhrandan çıxarmaqçün xarici kapitala yox, Azərbaycan insanına güvənmək lazımdır. Ən böyük qüvvə məhz Azərbaycan insanıdır.

Q.İbadoğlu həmçinin başçılıq etdiyi qurumun dövlətə islahatlar paketi hazırlayıb təqdim etdiyini, lakin dövlətin başqa bir ABŞ qurumundan böyük məbləğdə pul müqabilində islahatlar paketini qəbul etdiyini dedi.

Daha sonra tədbir iştirakçılarından Südabə Babazadə, Bəxtiyar Tuncay, Dilavər Əzimli, Cavanşir Beydullayev, Elvin Abdulla və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

03.12.2016

 

 



Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017