BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)

18:00 / 05-06-2017   /   baxış - 338

3 iyun 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya keçirilib.

Tədbiri giriş sözü ilə BAO başqanının Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos. dr. Faiq Ələkbərli açdı. Sonra, Asif Ata Ocağının ruhani başçısı Safruh Atalı mövzu üzrə geniş məruzəylə çıxış etdi. O, Azərbaycanın türk dünyasındakı yeri haqqında Asif Atanın fikirlərini xüsusi vurğuladı: “Asif Ata deyirdi ki, Azərbaycan türkün ləyaqətidir, mərkəzidir, beyni və ürəyidir. Türkiyə isə türkün biləyi və kürəyidir, gücüdür. Asif Atanın Ocağı, Azərbaycan xalqının Ocağıdır”. Məruzəçi həmçinin Asif Atanın Qərbçiliyə və dinə münasibəti haqqında da danışdı: “Asif Ata qərbçiliyin qəti əleyhinə idi, o, deyirdi ki, qərbçilikdən və dindən imtina etməliyik ki, bütöv olaq. Azərbaycan dövlətinin Azərbaycan kəndlərində dayağı yoxdur. Xalqımızın qeyyrətini çəkməliyik”

S.Atalı həmçinin Asif Atay görüşlərinə söykənərək öz düşüncələri və təklifləri haqqında danışdı: “Mən inkişafəmız üçün 4 təklif irəıli sürmüşəm: 1. Din əvəzinə mütləqə inam – bunun da 6 şərti var. 2. Özinamlı xalq qurmaq. Hər xalq Allahla təmasa özü çıxmalıdır. 3. Qiblələrin dəyişilməsi. Göy Ev Azərbaycan xalqının qibləsi olmalıdır. 4. Yavaş yaşam tərzi”

Daha sonra tədbir iştirakçılarından Gülnar Cəbrayılova, Tural Qarayev, Şirvani Ədilli, Paşa Həsənli, Dursun Əlmas, Aydın Mədətoğlu, Dilavər Əzimli və b.-nın məruzəçiyə verdikləri suallar və mövzu ətrafında irəli sürdükləri fikirlərlə diskussiya davam etdirilib.

FOTOLAR:

BAO İnformasiya Xidməti

03.06.2017.

 



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017