BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Təbriz zindanından bütövlüyə gedən yol” mövzusunda geniş tədbir keçirildi (30/12/2016)

18:52 / 30-12-2016   /   baxış - 446

30 dekabr 2016-cı il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəsində (BMM) “Təbriz zindanından bütövlüyə gedən yol” mövzusunda geniş tədbir keçirildi. Tədbir Azərbayca Respublikasının dövlət himni ilə açıq elan edildi. Sonra Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak omuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri aparan BAO başqanı Zahir Əlisoy son aylar Güney Azərbaycanda baş verən olaylar, o cümlədən Güney Azərbaycanlı milli-mədən fəalların keçirdiyi aclıq aksiyaları haqqında məlumat verdi və bu olayların KİV-də lazımınca işıqlandırılmadığını qeyd etdi və təşkil olunan tədbirin bu baxımdan önəmli olduğunu vurğuladı.

Sonra Güney Azərbaycan Milli Hərəkatına həsr olunmuş videoçarx nümayiş etdirildi. Daha sonra çıxışçılara söz verildi.

Hatəm Şahsevən: Aclıq aksiyası keçirənləri İranın KİV-lərində özlərinə sərf edən şəkildə "reformist" kimi təqdim etməyə çalışdılar. Lakin sonradan buna aydınlıq gətirildi ki, onların reformistlərə heç bir aidiyyəti yoxdur. Burada əsas milli məsələdir. Yəni əsas məsələlər türkcə təhsil və Urmu gölü məsələləri olub.

Arif Hacılı: Biz Azərbaycanın Quzeyində və Güneyində olan siyasi məhbuslara fərq qomyuruq. Onların hər birinin hüquqlarını müdafiə etməliyik və edirik. Müsavat partiyası divanında Murtəza Muradpur və digər Güneyli siyasi məhbuslar haqqında qərar da qəbul olunub. MSDM-nin rəhbəri İsa Qəmdər də Murtəza Muradpura aclığı dayandırmaq üçün müraciət etmişdi.

Hakim Sadiqli: Quzey Azərbaycanda Güney Azərbaycan hərəkatının dərinliklərindən çox adam xəbərsizdir. Orada gələcək Bütöv Azərbaycanın və Turanın əsası qoyulur. Şəhid Qulamrza Əmani Güney hərəkatının mübarizə simvoludur. Bu gün zindanlarda həmin yolu davam etdirməkdədirlər. Quzey Azərbaycanı da, Türkiyəni də Təbriz qurtaracaq. Güney Azərbaycan milli hərəkatında İrandakı digər hərəkatlardan fərqli olaraq narkoman, terrorçu, cinayətkar yoxdur.

Sərdar Cəlaloğlu: Güney Azərbaycan məsələsi ilə bağlı fəaliyət daha məqsədyönlü qurulmalıdır. Bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdır. Bu gün Güneydə aparılan mübarizəni Quzeydə bir vaxtlar biz də aparmışıq. İndi onlar da bütün çətinliklərə rəğmən öz mübarizələrini qorxmadan, çəkimədən davam etdirməlidirlər.

Mikayıl Oyta: Güneydə 40 milyon əsir türk var. Onların istəyi istiqlaldır.  50 milyonluq Azərbaycan türkünün bir müstəqil dövləti var.  İstərdik ki, bu dövlətimiz Güney hərəkatına yardım etsin. Biz bu dövlətin güclənməsini istəyirik. Qarabağı da unutmuruq. İnanırıq ki, güclü ordumuz oranı da azad edəcək. Fars şovinist rejimi bilməlidir ki, Azərbaycan türkü ğz haqqını alacaq.

Elxan Şahinoğlu: Bu tədbir çox vacib bir tədbirdir. Burada fikir ayrılıqları da təbiidir. Mən Güneydə hələ 18 il öncə ana dilində təhsil almaq istəyinin olduğunun şahidi olmuşam. indi bu hərəkat daha da güclənib. Amma Güneydə fəaliyyət göstərmək çətindir, çünki, burada güclü rejim var. Bəs xaricdə niyə zəifdir? Bunu dşünməliyik. Bakının reaksiyasına gəldikdə, Azərbaycan dövləti birbaşa bu məsələyə qarışa bilməz. Amma İran-Ermənistan münasibətlərindən Azərbaycan hakimiyyəti də narahatdır.

Əli Şamil: Burada hamının danışmasina ehtiyac yoxdur.  İstərdik ki, son qərarımızı rəsmiləşdirək və lazım olan yerlərə göndərək. Əsas işimiz bundan ibarət olmalıdır.

Nemət Pənahlı: Biz Naxçıvanda sərhədləri dağıdanda heç kim inanmazdı ki, bu mümkün ola bilər. Xalqın gücü qarşısında heç bir qüvvə dayana bilməz. Mən öz şeirimdə də bu fikirlərimi ifadə etmişəm.

N.Pənahlı nitqinin sonunda Güneyin Azadlıq mübarizəsinə həsr etdiyi şeirini tədbir iştirakçıların çatdırdı.

Ruslan İzzətli: Mən Avropada şahidi oldum ki, Güney Azərbaycanlı soydaşlarımız arasında kadr problemi yoxdur. Lakin Güney Azərbaycan hərəkatına Quzey Azərbaycandan və Türkiyədən dəstək yoxdur. Biz demirik ki, birbaşa təsir göstərsinlər, dövlətin başqa təsir üsulları var. Məsələn, Diaspora üzrə Dövlət Komitəsi nədən ötürüdür? Bu hakimiyyət getməyincə problemlər həll olunmayacaq.

Sədaqət Paşayeva: Bəzən biz başqalarından nəsə gözləyirik. Bəs biz özümüz nə etməliyik?! Bu gün nə Azərbaycanda, nə Türkiyədə, nə də İranda siyasi İnstitutlar yoxdur. Azərbaycan prezidenti "mən 50 milyonluq Azərbaycanın prezidentiyəm" deyir. Amma Güneyli soydaşlarımızın adi pasport məsələsi həll olunmur.

Əjdər Tağızadə: Bu gün Quzey Azərbaycanda Güney məsələsini arxa plana keçirirlər. Belə bir şəraitdə heç bir maliyyə dəstəyi olmayan BAO təşkilatı  bu cür tədbir keçirirsə bu təqdirəlayiq haldır. İran rejiminə gəldikdə isə bu rejim çökəcək. İran öz içindən parçalanacaq. İran rejimi Türk fraksiyası yaradır, bəlkə Türklərə rəhmi gəlir?! Təbrizdə, Tehranda, Qumda, İsfahanda, Şirazda Güney Azərbaycan Türkləri "Haray-haray, mən Türkəm" deyir. Güneydə Türklər siyasi güc əldə etməsə, orda Azərbaycan İstiqlalı elan olunmasa, nə Türkiyə, nə də Azərbaycan düzəlməyəcək.

Zahir Əlisoy: Biz hər zaman Güneydə aclıq aksiyası keçirən soydaşlarımızın yanındayıq. Bütün mümkün vasitələrlə onlara dəstək verməyə çalışırıq. Əminik ki, İran da bu prossesləri izləyir. Hesab etmirik ki, bu cür tədbirlərimizin əhəmiyyəti yoxdur. Biz kifayət qədər məqsədyönlü çalışırıq.

Tədbirdə həmçinin Sülhəddin Əkbər, İsgəndər Həmidov, Babək Muğanlı, Pənah Hüseyn, Yasəmən Qaraqoyunlu və b. mövzu ətrafında öz fikirlərini bölüşdülər.

Çıxışlar arasında həmçinin Türkiyədə yaşayan Güney Azərbaycanlı milli fəal Mehsa Mehtili ilə görüntülü əlaqə yaradıldı.

Sonda BAO başqanının ictimai əlaqələr üzrə müavini Zəka Sahib tədbir adından qəbul olunmuş qətnaməni oxundu. Qətnamənin mətni aşağıdakı kimidir:

 

 

Bütöv Azərbaycan Ocaqlarının(BAO) təşkilatçılığı ilə“Təbriz zindanından bütövlüyə gedən yol”

mövzusunda keçirilmiş geniş tədbirin

 

QƏTNAMƏSİ

 

Son aylar İran rejiminin şovinist və repressiv siyasətinə qarşı irəli sürdükləri tələblərlə Güney Azərbaycanlı milli-mədəni fəallar – Rəsul Rəzavi Murtəza Muradpur həbsxanada uzunmüddətli aclıq aksiyası keçiriblər. Rəsul Rəzavi – 46 gün,  Murtəza Muradpur isə65 gün aclıq aksiyasını davam etdirib. Aclıq aksiyası ərzində Azərbaycanın müxtəlif ictimai-siyasi təşkilatları və ziyalıları aclığı dayandırmaq üçün onlara çoxsaylı müraciətlər etsələr də, onlar tələbləri yerinə yetirilmədiyindən öz aclıq aksiyalarını uzun müddət fədakarcasına davam etdiriblər. Bu aksiyadan sonra onların sağlıq durumunda xeyli ciddi problemlər yaranıb. İran rejimi isə onların tələblərini yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar mahiyyətini bir daha nümayiş etdirdi.

Biz – tədbir iştirakçıları İran rejimindən Güney Azərbaycanlı milli-mədəni fəallara qarşı repressiyaları dayandırmağı və aclıq aksiyası keçirmiş məhbusların tələblərini dərhal yerinə yetirməyi tələb edir, nüfuzlu beynəlxalq təşkilatları və demokratik dövlətləri isə bu repressiyaları dayandırmaq üçün İran dövlətinə təzyiq göstərməyə çağırırıq.

Bakı, 30.12.2016.

 

FOTOLAR:

 

BAO İnformasiya Xidməti

30.12.2016.



“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)
21:13 / 04-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017
“Xocalı qətliamı: səbəbləri və nəticələri” mövzusunda növbəti diskussiya
21:36 / 25-02-2017