BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)

21:12 / 01-04-2017   /   baxış - 452

1 aprel 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünkyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə Alparslan Türkeş və Türk dünyası mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli açdı. ÖncəÖtən il aprel döyüşlərində şəhid olmuş soəsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə İraq türkmanlarının nüayəndələri də iştirak etdiyindən ilk söz İraq Türkmanları Azərbaycan Tələbələri təmsilçisi Yahya Əli Mehdiyə verildi. O, İraq türkmanlarının hazırkı ağır durumu haqqında məlumat verərək onların köməyə ehtiyacı olduğunu bildirdi: “İndi Kərkük şəhəri kürdlərin idarəsi altındadır. Hətta orada hər bir evə kürd bayrağının asılmasını məcbur edirlər. Biz kürd bayrağının əleyhinə deyilik. Rəsmi idarələrə asılsın. Amma hər bir binaya kürd bayrağının asılması doğru deyil. Türkmanlar heganə xalqdır ki silahlı qüvvələri yoxdur. Bizi hər şeydən kənar ediblər. İŞİD Mosulu işğal edəndən sonra oradan bir gündə 700 min türkman köçkün düşdün. Bu günə qədər də Mosul İŞİD-dən geri alına bilməyib.  Kürdləri hamı dəstəkləyir, onlara yardım edirlər. Bizi də Türkiyə və Azərbaycan dəstəkləyir, amma lazımı yardım görmürük”. Tədbir iştirakçıları İraq türkmanları ilə həmişə bir yerdə olduqlarını və əllərindən gələn köməyi edəcəklərini bildirdilər. Həmçinin tədbirin getdiyi vaxt Kərkükdə hər binaya kürd bayrağının asılması qərarının məclis tərəfindən ləğv olunması xəbəri də tədbir iştirakçılarına çatdırıldı. 

Daha sonra Bakı Atatürk Liseyinin müəllimi Dursun Əlmas mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, A.Türkeşin həyatı və siiyasi fəaliyyəti haqqında  geniş məlumat verdi: “A.Türkeş mənşəcə Avşardır. Qıbrızda doğulmuş, Qıbrız İngilis idarəsi altında olanda orada ibtidai və orta məktəbə getmişdir. Sonra hərbi məktəbdə təhsil almışdır.1936-cı ildə Türkiyə vətəndaşlığını qəbul etmiş, “Türkeş” soyadını da həmin vaxt götürmüşdür.O, hərbi təhsillə bərabər beynəlxalq iqtisadiyyat üzrə də təhsil almışdır. A.Türkeş 1960-cı il çevrilişində iştirak etmiş, həmin gün çevriliş haqqında xəbəri də radioda özü səsləndirmişdir. Həmin dövrdə vəzifədə olduğu vaxt TÜBİTAK, TSE, TKAE, DPT, OYAK və b. kimi çox önəmli qurumları yaratmışdır. 1969-cu ildə MHP yaradılmış A.Türkeş onun sədri olmuşdur. O, 1980-ci il çevrilişindən sonra da 4 il yarım həbsdə olmuşdur. O 1997-ci il aprelin 4-də toydan evə gedərkən yolda vəfat etdi”.

Tədbirdə iştirak edən MSDM-nin rəhbəri İsa Qəmbər A.Türkeşlə Türkiyədə və Bakıda olan görüşləri haqqında xatirələrini danışdı və Türkeşin xüsusən millətçiliklə Demokratiyanın uzlaşması haqqındakı fikirlərini yüksək qiymətləndirdiyini qeyd etdi.

Daha sonra tədbir iştirakçılarından Cavanşir Beydullayev, Dilavər Əzimli, Faiq Ələkbərli, Anar Can Kıtay, Aydın Mədətoğlu, Elman Cəlilov, və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

BAO İnformasiya Xidməti

01.04.2017.



BAO-çular tarixçi alim İsrafil Məmmədovu ziyarət ediblər (12/11/2017)
00:33 / 13-11-2017
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)
19:15 / 12-11-2017
“Türk Dünyasının gələcəyinə Tatarıstandan bir baxış” mövzusunda növbəti diskussiya (11/11/2017)
22:51 / 11-11-2017
“9 noyabr – Bayraq günü” mövzusunda dəyirmi masa (09/11/2017)
22:34 / 09-11-2017
BAO-nun İstanbul Təmsilçiliyi “Sabah” qəzetinə qarşı etiraz aksiyası keçirib (23/10/2017)
21:16 / 23-10-2017
“Orta Doğuda hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda dəyirmi masa (23/09/2017)
20:21 / 23-09-2017
BAO-çular Elçibəyin məzarını ziyarət ediblər (22/08/2017)
22:36 / 22-08-2017
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017