BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya (04/03/2017)

21:13 / 04-03-2017   /   baxış - 598

4 mart 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Əhməd bəy Ağaoğlunun dünyagörüşündə türkçülük və islamçılıq” mövzusunda növbəti diskussiya keçirildi. 

Tədbiri giriş sözü ilə açan BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli  bildirdi ki, 20-ci əsr Türk aydınları arasında Əhməd bəy Ağaoğlunun özünəməxsus yeri vardır. Onun sözlərinə görə, Ağaoğlunun dünyagörüşünün başlanğıcında islamçılıq, “İslam millətçiliyi” nəzəriyyəsi xüsusi yer tutmuş, daha sonra buraya türkçülük və Qərb mədəniyyəti də əlavə olunmuşdur. F.Ələkbərli bildirdi ki, islamçılıq və türkçülüyün vəhdətindən çıxış edən Əhməd bəy, bunlarla yanaşı Qərb mədəniyyətinin yalnız elmi sənayeçiliyinin deyil, mənəvi anlamda da dərk edilməsinin vacibliyini irəli sürmüşdür. Hətta, o, ömrünün sonlarında Qərb liberalizmini müdafiə etməklə yanaşı, Türkçülüyün əski dünyagörüşü olan Tanrıçılıq fəlsəfəsinə də yaradıcılığında yer vermişdir. F.Ələkbərli onu da bildirdi ki, yeni nəslin Ağaoğlunun dünyagörüşün əsasən dərk etməsi üçün, bütün əsərlərinin Azərbaycan türkcəsində nəşr olunmasına ciddi ehtiyac vardır.

 Sonra Müasir İnkişaf İctimai Birliyi İdarə Heyətinin sədri, “Türk Eli” jurnalının baş redaktoru, tədqiqatçı Mübariz Göyüşlü mövzu üzrə geniş məruzə ilə çıxış etdi. M.Göyüşlü bildirdi ki, Ağaoğlunun dünyagörüşünün formalaşmasında İslam dünyasının böyük filosofu Cəmaləddin Əfqaniylə Parisdə tanışlığı mühüm rol oynamışdır. Onun sözlərinə görə, ilk məqaləsini İran mədəniyyətinə və şiə mnəzhəbinin mahiyyətinə həsr edən Ağaoğlu, çox keçmədən türkçülük və islamçılıq ideyaların üz tutmuşdur. Belə ki, Ağaoğlu “İslam və islamlıqda qadın”, “Panislamizm və onun mahiyyəti” əsərlərində islamçılıq, “İslam millətçiliyi” nəzəriyyəsini geniş şəkildə şərh etmişdir. M.Göyüşlüyə görə, Ağoğlunun elmi fəaliyyətində “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetləri mühüm rol oynamışdır. Ancaq Ağoğlunun həyatındakı ən mühüm hadisələrdən biri “Difai” təşkilatını yaratması və Azərbaycan türklərinin liderlərindən birinə çevriləməsi olmuşdur. Onun sözlərinə görə, Əhməd bəyin sayəsində “Difai”nin varlığı uzun müddət yaddaşlarda qalmışdır.

1908-ci ildə Osmanlıda baş verən “Gənc Türklər” inqilabından sonra İstanbula üz tutan Ağaoğlu bir də Azərbaycana 1918-ci ildə İstiqlaldan sonra Nuru paşanın müşaviri kimi dönmüşdür. Həmin dövrdə Azərbaycan Milli Şurasıyla, o cümlədən şuranın sədri Məhəmməd Əmin Rəsulzadəylə  Ə.Ağaoğlu arasında hökumətin idarə oluması məsələsində yaranmış anlaşılmazlığı şişitməyin tərəfdarı olmayan M.Göyüşlü bildirdi ki, onların hər biri bütün Türk dünyasının, o cümlədən Azərbaycan tüklərinin böyük aydınlarıdır. Malta sürgünü zamanı Ağaoğlunun zor günlər yaşadığını, daha sonra Tükiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən İstanbula dəvət edildiyini qeyd edən Göyüşlü bildirdi ki, Azərbaycan türk aydını ömrünün qalan hissəsini burada yaşamalı olmuşdur. Türkiyədə yaşadığı dövrdə Ağaoğlunun Əli bəy Hüseynzadəylə müqayisədə aktiv siyasət yürütdüyünü, hətta Sərbəst Firqə təşkilatında fəaliyyət göstərdiyini önə çəkən M.Göyüşlüyə görə, açıq sözlü və emosianllığına görə bəzən Atatürklə onun arasında problemlər də yaşanmışdır. Ancaq Atatürklə Ağaoğlu arasındakı dostluq münasibətləri daima davam etmişdir.

Daha sonra tədbir iştirakçılarından Bəxtiyar Tuncay,  İbrahim Balayoğulları,  Cavanşir Beydullayev, Aydın Mədətoğlu  b.-nın mövzu ətrafında fikirləri ilə diskussiya davam etdirildi.

FOTOLAR:

 

 

  

 

BAO İnformasiya Xidməti

04.03.2017.



Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)
20:43 / 24-06-2017
BAO-çular Elçibəyin məzarını ziyarət etdi (24/06/2017)
20:16 / 24-06-2017
“Asif Atanın Bütöv Azərbaycan və türklük görüşləri” mövzusunda növbəti diskussiya (03/06/2017)
18:00 / 05-06-2017
M.Ə.Rəsulzadənin abidəsini ziyarət (28/05/2017)
22:03 / 31-05-2017
“Azərbaycan Cümhuriyyəti və M.Ə.Rəsulzadə” mövzusunda növbəti diskussiya (27/05/2017)
21:59 / 31-05-2017
“I Şah Abbas” mövzusunda növbəti diskussiya (20/05/2017)
21:56 / 31-05-2017
“Məhəmməd Tağı Zehtabi və Türk Dünyası” mövzusunda növbəti diskussiya (13/05/2017)
11:35 / 14-05-2017
“Türkiyədə keçirilən referendum: müsbət və mənfi tərəfləri” mövzusunda növbəti diskussiya (06/05/2017)
20:20 / 06-05-2017
“Səlahəddin Əyyubi” mövzusunda növbəti diskussiya (29/04/2017)
20:46 / 04-05-2017
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya” (22/04/2017)
20:52 / 22-04-2017
“Yaxın və Orta Şərqdə ABŞ-Rusiya qarşıdurması” mövzusunda növbəti diskussiya (15/04/2017)
20:42 / 15-04-2017
Saz sinfinin müəllimləri və şagirdləri BAO-nun diplomları ilə mükafatlandırılıb (01/04/2017)
21:54 / 01-04-2017
“Alparslan Türkeş və Türk dünyası” mövzusunda növbəti diskussiya” (01/04/2017)
21:12 / 01-04-2017
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi (18/03/2017)
21:52 / 18-03-2017
“Özbək və Azərbaycan tarixinin ümumi sorunları” mövzusunda növbəti diskussiya” (11/03/2017)
21:53 / 11-03-2017
BAO-çular Xocalı abidəsini ziyarət edib (26/02/2017)
23:46 / 26-02-2017