BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Elçibəyin doğum gününə həsr olunmuş geniş ədəbi-bədii tədbir (24/06/2017)

20:43 / 24-06-2017   /   baxış - 1011

BAO.AZ. 24 iyun 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum gününə həsr olunmuş “Elçibəy-79” adlı ədəbi-bədii tədbir keçirildi.

Tədbir Azərbaycan Respubılikasının dövlət himni ilə açıq elan edildi. Sonra tədbirin aparıcısı BAO fəalı Zəka Sahib iştirakçıları salamlayaraq sözü çıxışçılara verdi. Ziyalılardan Mirmövsüm Mahmudov, Mehriban Vəzir, Etibar Qərib və b.,ictimai-siyasi xadimlərdən İsa Qəmdər, Pənah Hüseyn, Qubad İbadoğlu, Aqil Səmədbəyli, Əjdər Tağızadə və b.Elçibəy şəxsiyyəti, onun həyat yolu və mübarizəsi haqqında öz fikirlərini bölüşdülər.

Çıxışlar arasında və sonra şeirlər və musiqi nömrələrinə də yer verildi. İslam Universitetinin tələbəsi, BAO fəalı İlkin İmanlı və məktəbli uşaqlar tərəfindən Elçibəyə həsr olunmuş və vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Aşıq Qızqayıt İsalıOzan Fəxrəddin Salaminin sazda ifa etdikləri mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılandı.

Tədbirdə həmçinin Bütöv Azərbaycan Ocaqlarının Gənclər Təşkilatı (BAOGT) və BAO TV-nin birgə hazırladığı Elçibəyə həsr olunmuş videomüsahibələr təqdim olundu:

Təqdimatdan sonra BAO fəalı və videomüsahibələrin aparılmasının təşəbbüskarlarından biri Elvin Abdulla Bakı şəhərinin mərkəzində bu müsahibələrin götürülməsinin maraqlı məqamlarından danışdı.

Sonda tədbir iştirakçıları kollektiv xatirə şəkilləri çəkdirdilər.

 FOTOLAR:

BAO.AZ 

24.06.2017.