BÜTÖV AZƏRBAYCAN OCAQLARI
HƏMRƏYLİK GÜNÜNÜZ VƏ YENİ İLİNİZ MÜBARƏK!

11:32 / 31-12-2016   /   baxış - 131

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə Azərbaycan xalqına 

bayram təbriki:

 

Əziz həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, ailələrə rifah, firavanlıq və əmin-amanlıq arzulayırıq.

1989-cu il, dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi bir xalqın müqəddəs amalını gerçəkləşdirmək arzusunun simvolik ifadəsi idi. Bu hərəkatın məntiqi nəticəsi kimi vətənimizin bir hissəsində müstəqilliyimizi bərpa etdik. Böyük bir hissəmiz olan Güney Azərbaycanda isə bu gün milli dövlətimizin qurulması və Azərbaycanımızın bütövləşməsi uğrunda mübarizə gedir. Fars şovinizmi nə qədər amansız olsa da bu hərəkatın qarşısında davam gətirə bilməyəcək. Çünki, bu millətin ruhunu qırmaq, onu müti etmək mümkün deyil. Ruhu bir olan millətin özü də, dövləti də bir olacaqdır. 

Bütövlük uğrunda mücadilədə Tanrı bizə yar olsun!

BAYRAMINIZ MÜBARƏK!

Bütöv Azərbaycan Ocaqları

Bakı, 31.12.2016