BÜTÖV AZƏRBAYCAN OCAQLARI
BAO İstanbul təmsilçiliyi üzvləri Ə.Hüseynzadənin və N.Atsızın məzarlarını ziyarət ediblər (12/11/2017)

19:15 / 12-11-2017   /   baxış - 199

12 noyabr 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqları (BAO) İstanbul Təmsilçiliyi tərəfindən Bayraq günü münasibəti ilə bayrağımızın fikir müəllifi Əli Bəy Hüseynzadənin İstanbuldakı Üsküdar Qaraca Əhmet Məzarlığındakı məzarı başında yığıncaq təşkil olunmuşdur. Yığıncağa İstanbulda və digər bölgələrdə yaşayan Azərbaycan vətəndaşları və Türk dünyası təmsilçiləri qatılmışlar.

Tədbirdə BAO İstanbul Təmçilçiliyi Başqanı Babək Türkoğlu çıxış etmişdir. Daha sonra tədbir iştirakçıları Türk yazarı, şair, filosof Nihal Atsızın məzarını da ziyarət etmişlər.

Nihal Atızın məzarı başında BAO İstanbul Təmçilçiliyi Başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini Şefiq Yıldız da çıxış etmişdir.

 

Tədbirdən videolinklər:

https://www.facebook.com/Bao.az/videos/1768727973146230/

 

https://www.facebook.com/Bao.az/videos/1768761173142910/

 

FOTOLAR:

BAO İnformasiya Xidməti

12.11.2017.