BÜTÖV AZƏRBAYCAN OCAQLARI
“Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda dəyirmi masa (18/02/2023)

19:51 / 19-02-2023   /   baxış - 1205

18 fevral 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycan gənclərinin Bütöv Azərbaycan haqqında düşüncələri” mövzusunda dəyirmi masa keçirildi. 

Tədbiri giriş sözü ilə BAO Dil-Tarix-Coğrafiya Qurumunun rəhbəri Anar Can Kıtay açdı.

Daha sonra BDU-nun tələbəsi Fuad Xəlil, BDU-nun magistri Nihad Məmmədli, tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun dosenti Mübariz Ağalarlı, BAO Mərkəzi Şurasının üzvü Paşa Həsənli, BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli, BAO Mərkəzi Şurasının üzvü Natiq Ulubəy, YouTuber Elşad Eynullayev, nasir, publisist Əlisahib Əroğul mövzu ətrafında irəli sürdükləri fikirlərlə tədbir davam etdirildi.

Tədbirin sonunda BAO başqanı Zahir Əlisoy da yekun çıxışı etdi.

Onu da qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları (BAO) Dil-Tarix-Coğrafiya Qurumunun təşkilatçılığı ilə baş tutan dəyirmi masalar və disputlar ənənəvi olaraq hər həftənin şənbə günləri saat 15:00-da keçirilməyə davam edəcəkdir.

VİDEO-BAO TV: 

FOTOLAR:

BAO-nun Mətbuat Xidməti.

Bakı, 18.02.2023