Bütöv Azərbaycan Ocaqlarının (BAO) KİV-də yayılmış yanlış informasiya ilə bağlı
TƏKZİBİ:
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Dil və Tarix Qurumunun təşkilatçılığı ilə hər həftə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında keçirilən diskussiya 15 fevral 2014-cü il tarixində sırf texniki səbəblər üzündən həmin qərargahda baş tutmamış və tədbir yaxınlıqda yerləşən "Ümid" partiyasının qərargahında keçirilmişdir. Bir çox KİV-də bu tədbirin KXCP qərargahında keçirilməsinin guya KXCP tərəfindən əngəlləndiyi və BAO üzvlərinin buna görə KXCP-ni günahlandırdığı haqqında informasiyalar yayılmışdır. BAO bu informasiyaları qəti şəkildə təkzib edir və bildirir ki, texniki səbəblər üzündən baş vermiş bu hadisə KXCP ilə olan normal münasibətlərə xələl gətirmir.
Bötöv Azərbaycan Ocaqları
Bakı, 17.02.2014.