BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşəbbüsü ilə qətnamə qəbul edilib (23/09/2017)

21:57 / 23-09-2017   /   baxış - 245

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda keçirilmiş dəyirmi masada qətnamə qəbul edilib. Qətnaməşnin mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Orta Doğuda mövcud hərbi-siyasi durum və türkmanların taleyi” mövzusunda keçirilmiş dəyirmi masanın

QƏTNAMƏSİ

 

Məlumdur ki, Şimali İraq kürd muxtariyyətinin rəhbərliyi 25 sentyabr 2017-ci il tarixində qeyri-qanuni olaraq müstəqillik üçün referendum keçirməyə qərar verib. Bu qərardan sonra İraq parlamenti, həmçinin bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar bu referendumun qeyri-qanuni olduğunu və onun nəticələrini tanıma¬yacaqlarını bəyan ediblər.

Biz – dəyirmi masa iştirakçıları Şimali İraq kürd muxtariyyətinin rəhbərliyinin referendum keçirmək qərarını qeyri-qanuni hesab edir, bu qərarın bölgədə onsuz da gərgin olan hərbi-siyasi durumu daha da gərginləşdirəcəyini və xüsusən İraq türkmanlarının milli mənafeyinə zidd olduğunu bəyan edir, dünya ölkələrini və beynəlxalq təşkilatları Şimali İraq kürd muxtariyyətinin rəhbərliyini separatçı mövqedən çəkindirmək üçün ona təzyiq göstərməyə çağırırıq.

Bakı, 23.09.2017.