BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Elçibəyin məzarını ziyarət (24.06.2023)

23:36 / 27-06-2023   /   baxış - 1059

24 iyun 2023-cü il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) bir qrup üzvü tərəfindən Azərbaycan milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğumunun 85-ci ildönümü - Türklük günü münasibətiylə məzarı ziyarət edilib.

BAO başqanının Türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Əbülfəz Elçibəyin Azərbaycanın ictimai-siyasi həyatında rolu haqqında çıxış edib. Daha sonra Əbülfəz Elçibəyin ruhuna dualar oxunub, xatirə şəkilləri çəkilib.

VİDEO - BAO TV:

BAO Mətbuat Xidməti

24.06.2023.