BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Türkiyə Respublikasının Baş Naziri R.T.Ərdoğana müraciət (27.11.2013)

23:38 / 20-12-2014   /   baxış - 1415

Türkiyə Respublikasının Baş Naziri

Hörmətli Rəcəb Taib Ərdoğana

Bütöv Azərbaycan Ocaqları

tərəfindən

 

M Ü R A C İ Ə T

 

Hörmətli Baş Nazir,

Gürcüstan Respublikasının Borçalı (Kvemo-Kartli) bölgəsində kompakt yaşayan, sayı 600 min civarında olan yerli Azərbaycan türklərinin təhsillə bağlı ciddi problemləri var. Belə ki, bu bölgədə əhalinin sosial durumunun aşağı olması, müəllim çatışmazlığı, həmçinin dövlətin təhsilə böyük maddi vəsait ayırmaq imkanının məhdud olması Azərbaycan türklərinin lazımı səviyyədə orta və ali təhsil almaq və dövlət idarələrində işləmək imkanlarını məhdudlaşdırır. Təhsil səviyyəsinin aşağı olması eyni zamanda əhalinin Gürcüstan cəmiyyətinə inteqrasiya olunmasını çətinləşdirir.

Hörmətli Baş Nazir,

Sizin müxtəlif dünya ölkələrində təhsilin inkişafı istiqamətində həyata keçirdiyiniz tədbirlər hamı tərəfindən alqışlanır və Sizə olan sevgini artırır. Sizdən xahiş edirik ki, Borçalı bölgəsində təhsilin səviyyəsini yüksəltmək üçün orada türk liseylərinin açılmasına şərait yaradasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımızı bildiririk.

 

Dərin hörmətlə,

Zahir Əlisoy

“Bütöv Azərbaycan Ocaqları”nın başqanı

27.11.2013.