BAO-nun təşəbbüsü ilə 253 azərbaycan gənci və bir qrup AMEA əməkdaşı həbsxanada aclıq aksiyasını davam etdirən güneyli milli fəallara müraciət edib. Müraciətin mətni aşağıdakı kimidir:
Azərbaycan aydınlarının və gənclərinin həbsxanada aclıq aksiyasını davam etdirənYürüş Mehrəlibəyli, Behnam Şeyxi, Mahmud Ocaqlı və digərgüneyli milli fəallara
MÜRACİƏTİ
Əziz, fədakar soydaşlarımız!
Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız iradəli, və qətiyyətli mübarizəni yüksək qiymətləndiririk. Lakin fars rejimi həmişə olduğu kimi sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirir. Biz, sizin fiziki durumunuzun ağırlaşmasından xeyli narahatıq. Haqq uğrunda aparılan mücadilə mütləq qələbə ilə nəticələnəcəkdir. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizədə millətimizə çox lazımdır. Bütün bunları nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq.
Bakı,16.05.2014