BÜTÖV AZƏRBAYCAN OCAQLARI
24 APREL – BÜTÖV AZƏRBAYCAN GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!

22:09 / 24-04-2017   /   baxış - 859

Bütöv Azərbaycan Ocaqları (BAO) Azərbaycan gənclərini 24 aprel – Bütöv Azərbaycan Gənclər Günü münasibəti ilə təbrik edib. Təbrikin mətni aşağıdakı kimidirp:

Dəyərli Azərbaycan Gəncləri!

Ümummilli liderimiz Əbülfəz Elçibəyin ideya müəllifi olduğu 24 aprel – Bütöv Azərbaycan Gənclər Günü Azərbaycan gəncliyinin şüurunda bütövlük məfkurəsinin formalaşması və gənclərin Azərbaycanın bütövlüyü uğrunda mübarizəsinin bir simvoludur. Biz inanırıq ki, tezliklə fədakar və qəhrəman Azərbaycan gəclərinin iradəsi sayəsində öz müqəddəs hədəfimizə çatacağıq.

Dəyərli Azərbaycan Gəncləri!

Biz Bütöv Azərbaycan Ocaqları sizi 24 aprel – Bütöv Azərbaycan Gənclər Günü münasibəti ilə ürəkdən təbrik edir, sizə həyat və fəaliyyətinizdə, həmçinin mili hədəflərimiz yolunda uğurlar arzulayrıq.

Bütöv Azərbaycan Ocaqları

24.04.2017.