BÜTÖV AZƏRBAYCAN OCAQLARI
Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

16:59 / 01-11-2022   /   baxış - 904

Bütöv Azərbaycan Ocaqlarının

BƏYANATI

Azərbaycanın Güneyində Azərbaycan Türk milləti şovinist fars rejiminin illərlə davam edən zülmünə qarşı kütləvi etirazını ortaya qoymuşdur. Xalqımız aparıcı milli, siyasi gücünü nümayiş etdirərək, Azərbaycanın Güneyində milli-demokratik dövlətçilik istəyini səsləndirmişdir.Ancaq hər zaman olduğu kimi, şovinist fars rejimi yenə də represiv siyasətlə, qeyri-insani üsullarla, vəhşiliklə insanların haqq səsini boğur, əliyalın, silahsız insanlara odlu silahdan istifadə etməklə Azərbaycanın Güneyindən etiraz aksiyalarında iştirak edən çox sayda milli fəal həbs edilib və onların saxlandıqları yer və taleləri haqqında ailələrinə heç bir məlumat verilmir.

Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, Beynəlxalq qurumları, İnsan Hüquqları və Azadlıqları təşkilatlarını rəsmi Tehranın insanlığa, beynəlxalq hüquqa sığmayan zoraki hərəkətlərinə dur deməyə çağırırıq. Rəsmi Tehrandan insanlığa, beynəlxalq hüquqa sığmayan bu hərəkətlərə son verməyi, həbs edilən Azərbaycan milli fəallarını dərhal azad etməyi, ölümlərdə günahı olanlarların təsbit edilib cəzalandırmasını tələb edirik.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə mənən onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdırdığımızı və çatdıracağımızı bəyan edirik".

Bütöv azərbaycan Ocaqları

31.10.2022.

BAO.AZ.